Türkiyənin Gürcüstanda qəzaya uğrayan hərbi təyyarəsindən yeni xəbər var - VİDEO

img

11-11-2025 [22:50]


Xəbər verdiyimiz kimi, göyərtəsində 20 nəfər hərbçinin olduğu Türkiyəyə məxsus C-130 tipli hərbi təyyarə Gürcüstan ərazisində qəzaya düşüb.

Mia.az “A haber”ə istinadla xəbər verir ki, bu gün Türkiyə vaxtı ilə səhər saat 09:50-də Trabzondan havaya qalxan təyyarə saat 11:06-da Gəncəyə enib.

Planlaşdırılmış prosedurlara uyğun olaraq, təyyarə saat 13:20-də Türkiyəyə geri dönüş reysi üçün yenidən Gəncədən havaya qalxıb.

Lakin havaya qalxdıqdan 27 dəqiqə sonra təyyarə ilə əlaqə kəsilib və radar siqnalı itib.

Gürcüstan KİV-də yer alan ehtimallara görə, ekipaj nasazlıqla bağlı Gürcüstan rəsmilərini məlumatlandırmağa cəhd edib lakin naviqasiya GPS sistemində ciddi problemlər yarandığı üçün bunu edə bilməyib.

qafqazinfo

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
22:34 10.11.2025

Ət ucuzlaşıb? - VİDEO

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA