Şamaxı rayonunda ər arvadını güllələyib

img

06-11-2025 [10:07]


Şamaxı rayonunda ər arvadını güllələyib.

DİN-in Mətbuat xidmətinin regional qrupundan Mia.az-a bildirilib ki, rayon sakini, əvvəllər polis şöbəsində polis nəfəri kimi xidmət etmiş, lakin bir müddət öncə öz arzusu ilə xidmətdən xaric olunmuş P.Tağıyev qısqanclıq zəminində odlu silahdan açdığı atəşlə G.Eynalovaya xəsarət yetirib. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

P.Tağıyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA