Süni göl, güllə keçirməz şüşələr... - Ramiz Mehdiyevə nəhəng malikanələrdən birini nazir bağışlayıb, bəs digərlərini?
05-11-2025 [12:13]
Dövlətə xəyanətdə günahlandırılan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Qəbələ rayonunda 1 deyil, 3 villası varmış. Ən dəbdəbəlisi, gülləkeçirməz şüşələri olan villanı isə “boz kardinal”a hədiyyə ediblər.
Musavat.com-a Mehdiyevin lüks villası barədə yeni təfərrüatlar bəlli olub. Məlumata görə, bu mülk təkcə dəbdəbəsi ilə deyil, həm də təhlükəsizlik səviyyəsi və yaranma tarixçəsi ilə diqqət çəkir.
Məlumata görə mülk yerləşdiyi torpaq 30 hektarlıq bir ərazidədir. Hasarla əhatələnmiş ərazidə yaşayış binası, əlavə qonaq evi, süni göl, istirahət zonaları, texniki binalar və mühafizə məntəqələri yerləşir. Yerli mənbələrin Musavat.com-a verdiyi məlumata görə, tikili xüsusi möhkəmləndirilmiş beton konstruksiyalarla inşa olunub və pəncərələri gülləkeçirməz şüşələrlə təchiz edilib. Ərazinin perimetri boyunca yüksək daş hasar, hərəkət sensorları və mühafizə kameraları quraşdırılıb. Əraziyə giriş-çıxış tam nəzarət altındadır.
Yerli mənbələr iddia edir ki, qala kimi imarət Qəbələdə abadlıq və quruculuq işlərinin geniş vüsət aldığı illərdə 2010-cu illərdə inşa edilib. Bildirilir ki, həmin dövrdə fövqəladə hallar naziri Kamaləddin Heydərovun şəxsi göstərişi ilə tikinti həyata keçirilib və sonradan Ramiz Mehdiyevə hədiyyə olunub.
Bu məlumatlar rəsmi şəkildə təsdiqlənməsə də, bölgədəki sakinlər illərdir həmin versiyanın dolaşdığını bildirirlər. Onların sözlərinə görə, Mehdiyev villaya yalnız ildə bir dəfə, əsasən ailə tədbirləri zamanı gəlir. Sonuncu səfəri isə kürəkəni İlham Əliyevin övladının ad günü mərasiminə təsadüf edib. Həmin gün əraziyə onlarla avtomobil və mühafizə əməkdaşı cəlb olunub, əraziyə giriş-çıxış müvəqqəti məhdudlaşdırılıb.
Mənbələrin iddiasına görə, Mehdiyevin Qəbələdə daha 2 bahalı villasının da olduğu bildirilir. Hər iki mülk onun qızı Kamilə Əliyevanın adına rəsmiləşdirilib.
Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri olduğu dövrdə bir çox icra başçısına özünə ev və digər mülklər tikdirdiyi artıq yeni xəbər deyil.
Məsələn, Xaçmaz rayonunun Nabran istirahət zonasında 1 hektar ərazini əhatə edən 4 mərtəbəli villa 2012-ci ildə Xaçmazın keçmiş icra başçısı Şəmsəddin Xanbabayev tərəfindən tikilərək Mehdiyevə hədiyyə edilib. Villanın daxilində hovuz və idman meydançası da mövcuddur. Ramiz Mehdiyevə villa hədiyyə edən icra başçıları arasında Siyəzən Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Novruz Novruzov da yer alır.
O, Şabran rayonuna rəhbərlik etdiyi dövrdə Kilvar kəndində meşəyə bitişik iki mülk tikdirərək Mehdiyevə hədiyyə edib. Ramiz Mehdiyev Şabran dağlarında yerləşən bu mülkdə istirahətə üstünlük verib. Həmin kənddə, Ramiz Mehdiyevin mülkünə bitişik ərazidə köhnə erməni kilsəsi də var. Kilvar əldən-ayaqdan uzaq bir kənddir, həmin kəndin ucqar hissəsində, yan-yana inşa edilən bu evlərdən biri taxta konstruksiyalıdır.
Rayon mərkəzindən təxminən 30 km məsafədə yerləşən kənddə Ramiz Mehdiyevə məxsus daha bir villa da mövcuddur.
Bakının Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov da sabiq PA rəhbərinə villa hədiyyə edən məmurlar sırasında olub.
Şüvəlan bağları, “Gülçülük soxvozu” adlanan elit ərazidə inşa edilmiş 1000 kvadratmetrlik villa ötən il 1 milyon 300 min manata satışa çıxarılıb. Bu villa Mehdiyevin kürəkəni İlham Əliyevin adına sənədləşdirilmişdi.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Balaşərif oğlu Alxasov da Mehdiyevin kadrlarından biri olub. O, 2007-ci ildə Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin ediləndə Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev onu kollektivə təqdim etmişdi. Alxasov icra başçısı olduğu illərdə Mehdiyevin özünün və ailə üzvlərinin Qusarın Çiləgir kəndində dəbdəbəli malikanələrini tikdirib. Malikanələrin tikintisinə o, şəxsən rəhbərlik edib. Həmin malikanələrdən biri Qusar-Laza yolunun kənarında, meşənin içərisinə qədər uzanan 40 sotluq ərazidə inşa edilib. Üçmərtəbəli bu malikanə Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə məxsusdur.
Malikanənin fotolarını isə 2020-ci ildə Mehdiyevin qızı Kamilə Əliyeva sosial şəbəkə hesabında paylaşmışdı. Musavat.com-a daxil olan məlumata görə, hazırda Ramiz Mehdiyevin cinayət işi üzrə aparılan istintaq çərçivəsində onun rəhbərlik etdiyi dövrdə villalar və mənzillər hədiyyə edən məmurların siyahısı da dəqiqləşdirilir.
Məlumata görə, hüquq-mühafizə orqanlarına artıq həmin şəxslərlə bağlı tapşırıq verilib. Məlumata əsasən, Ramiz Mehdiyevə “hörmət” göstərərək ev, torpaq və ya pul hədiyyə edən və bunu könüllü şəkildə etiraf edən icra başçıları və məmurların məsuliyyətə cəlb olunmayacağı barədə onlara rəsmi xəbərdarlıq edilib. Əvəzində, bu barədə məlumatı gizlədən, yaxud Mehdiyevin tapşırığı ilə dövlət vəsaitlərini şəxsi məqsədlərə yönəldən şəxslərin cinayət məsuliyyətinə cəlb olunması istisna edilmir.
Beləliklə, sabiq Prezident Administrasiyası rəhbərinin illərlə “kölgə hökuməti” kimi qurduğu şəbəkə indi öz içindən çözülməyə başlayıb. Kiminsə hədiyyə etdiyi villa indi onun öz cəza sənədinə çevrilə bilər. Ramiz Mehdiyevin sisteminə bir vaxtlar sədaqət andı içənlər indi ya etirafla canını qurtaracaq, ya daa susmaqla öz taleyini möhürləyəcək. Bu şəxslərə ən ağır cəzalar veriləcəyi də gələn məlumatlar sırasındadır.
Ramiz Mehdiyev uzun illər Prezident Administrasiyasına rəhbərlik edib, ölkənin siyasi idarə sistemində ən yüksək qərarları verən fiqurlardan biri olub. Buna baxmayaraq, onun gəlir və əmlak bəyanatlarında belə miqyaslı mülk heç vaxt göstərilməyib. Ekspertlər hesab edirlər ki, bu kimi halların ictimaiyyətə açıqlanması dövlət məmurlarının şəffaflıq öhdəlikləri və korrupsiya ilə mübarizə prinsipləri baxımından mühüm əhəmiyyət daşıyır. Hazırda Ramiz Mehdiyev istintaq orqanlarının diqqət mərkəzindədir və onun illərlə topladığı gizli sərvətlərin hüquqi mənşəyi barədə araşdırmalar davam edir.
MİDA Yaşayış Kompleksində təhlükəli vəziyyət yaranıb - VİDEO
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesaj ifşa edildi: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."
GENERAL İDARƏ RƏİSİ TƏYİN EDİLDİ - Xidmətdə növbəti dəyişiklik
64 yaşlı kişi dəm qazından ölüb
"Ramiz Mehdiyev dedi ki, onun evindəki telefonu kəsin" - "Yeni Azərbaycan" qəzeti tarixi faktları yazır
Abşeron İcra Hakimiyyətində bəzi şöbələr ləğv olunub - Yeni sektorlar yaradılıb, təyinatlar var
İcra başçısı Allahverdi Dəmirovun oğluna yeni vəzifə verdi
Təranə Salıfova icraçı direktorun müavini təyin edilib
Sumqayıt İH-də dəyişiklik olub
Sabiq deputat şikayətini geri götürdü - Məhkəmə iclası
İsrail Qəzzanı bombaladı: daha 9 nəfər öldü
Braziliyada avtobus qəzasına görə üç günlük matəmelan olunub
Bu ay 4 bürcə "günəş doğacaq"?
Azərbaycan kuboku: bu gün 1/4 final mərhələsinə start veriləcək
Mərkəzi Bank uçot dərəcəsini azaldıb, bəs illik inflyasiya? - QƏRAR
72500 manat borcu var, lakin... - İnstitut 7.8 milyon manatlıq tenderin qalibi oldu
"Sürüşmə təhlükəsi var" - Yol polisi sürücülərə xəbərdarlıq edib
Türkiyədə iqtidar partiyasının qərargahına hücum olub - Açıqlama
Azərbaycan nefti cüzi bahalaşdı
Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... - TƏHLİL
GƏNCƏDƏ SENSASİYALI OLAY: "Kəpəz"in bakılı futbolçusu vuruldu, vəziyyəti ağırdır - Ona zərbəni kim endirib? (YENİLƏNİB)
Günəşdə ard-arda 4 partlama olub - Nələr gözlənilir?
SpaceX və xAI birləşir: süni intellekt orbitə daşınır - Dünya inanılmaz, ancaq gerçək dəyişikliklərə hazırlanır
ABŞ-İran danışıqları nə vaxt olacaq? - Ağ Evdən açıqlama
Qəddafinin varisi öldürüldü, yoxsa... - Müşaviri və rəsmi agentlik "hə", ordu isə "yox" deyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-dan İranın hərbi həmləsinə - Reaksiya
Myanmada zəlzələ oldu - 5.9 bal gücündə
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlıq edəcək - Netanyahunun iştirakı ilə memorandum imzalandı
NATO Baş katibi Kiyevdə: "Yerdə qoşunlar, havada reaktiv təyyarələr, Qara dənizdə gəmilər..." - "Qış soyuq ola bilər, amma yaz mütləq gələcək"
Polkovnik və digər iki nəfərin məhkəməsi davam edir
"Gənclərbirliyi"nin keçmiş futbolçusu geri döndü
MEDİA-nın Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib