Səlçuk İnan: "Qalatasaray"ı məğlub edəcəyik"

img

04-11-2025 [20:25]


"Qalatasaray"ı məğlub edəcəyik".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  bu sözləri həftəsonu "Qalatasaray"ı qəbul edəcək "Kocaelispor"un baş məşqçisi Səlçuk İnan deyib.

O bildirib ki, matçı qazanmaq üçün indiyə qədərki mübarizənin ən üst səviyyəsində oynamalıdırlar: "Rəqibin kim olduğunu nəzərə almadan qalib gəlmək üçün çalışacağıq. Əgər azarkeşlərimizin dəstəyi ilə meydanda istədiyimizi göstərə bilsək, öz şəhərimizdə qalib gələcəyik". 

"Qalatasaray"ın sabah "Ayaks"la səfər oyununun "Kocaelispor"la matça öz təsirini göstərəcəyinə gəlincə, sabiq "Qalatasar"ylı deyib ki, onlar bu oyuna görə yorğun ola bilərlər: "Ancaq əsas məsələ başqadır. Əgər meydanda qalib gəlmək istəyirsənsə, ən azı onlar qədər çox mübarizə aparmalısınız, onlar qədər çox qaçmalısınız. Bundan əlavə, hər matçın özünəməxsus anı, öz hekayəsi var. "Ayaks" matçı "Qalatasaray" üçün tamamilə fərqli, bizim matçımız da isə tamam fərqli olacaq. Bu, onlara fiziki cəhətdən təsir edərmi, orda oynamaq və sonra geri qayıtmaq? Mmükndür. Lakin biz dediyim kimi, öz oyunumuza baxacağıq"

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA