Binəli Yıldırım: Türk dövlətləri arasında qarşılıqlı ticarət dövriyyəsi cəmi 70 milyard dollardır

img

04-11-2025 [12:47]


Türk dövlətlərinin ümumilikdə 1 trilyon dollardan çox ticarət dövriyyəsi olduğu halda, öz aralarındakı dövriyyə cəmi 70 milyard dollardır.

Mia.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri Binali Yıldırım qurumun Bakıda keçirilən 18-ci ickaslndan sonra jurnalistlərə açıqlaması zamanı deyib.

Onun sözlərinə görə, bunun səbəbi türk dövlətlərinin öz aralarında yox, daha çox üçüncü ölkələrlə ticarətə üstünlük vermələridir:

"Bu mənada, ehtiyaclarımızı əvvəlcə öz aramızda həll etməyimiz zəruridir. Türk dövlətlərinin ticarət baxımından olduqca böyük potensialı var. Bizim qayəmiz bu birliyi daha da gücləndirmək və inkişaf etdirməkdir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA