"Bu şəxslər "söyüş blogerlər" deyil, onlar terror şəbəkəsidir" - Zahid Orucdan sərt açıqlama

img

31-10-2025 [15:24]


"Bu şəxsləri "söyüş blogerlər"i adlandırmaq, məncə, bir qədər köhnəlmiş məfhumdur. Daha doğru olar ki, biz onları məhz terror şəbəkəsi adlandıraq”.

Mia.az
xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib. O bildirib ki, Azərbaycan bu şəxslərin ölkəmizə gətirilməsi üçün müraciət edə və buna nail ola bilər:

“Vətən müharibəsində qələbəmizdən sonra döyüş meydanında məğlub olanlar prosesi qlobal dünyada əsas mübarizə silahı olan informasiya platformalarına daşıdılar. Müharibəyə qədər də biz hər zaman belə hücumlara məruz qalırdıq. Lakin dinamikaya baxsaq, hücumların intensivliyi məhz qələbəmizdən sonra oldu”.  
 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA