Lənkəranda kütləvi dava: 3 qazi saxlanılıb

img

30-10-2025 [09:44]


Lənkəran şəhəri ərazisində bir qrup şəxs sərxoş vəziyyətdə şəxsi zəmində xuliqanlıq hərəkətləri törədərək iki nəfəri döyüb.

Mia.az xəbər verir ki, oktyabrın 28-də gecə saatlarında Hirkan qəsəbə sakini, 1993-cü il təvəllüdlü Alim Şükürzadə Lənkəran şəhər sakini, 1996-cı il təvəllüdlü Cəbrayıl Şirməmmədovu zorla avtomobilə əyləşdirərək Sütəmurdov kəndinə aparıb.

Orada A.Şükürzadə dostları - 1989-cu il təvəllüdlü Elvin Quluzadə və 1990-cı il təvəllüdlü Elşad Məmmədovla birlikdə C.Şirməmmədovu döyərək ona xəsarət yetiriblər. Daha sonra həmin yerə gəlmiş C.Şirməmmədovun 1995-ci il təvəllüdlü dostu da A.Şükürzadə tərəfindən döyülüb.

Hadisə ilə əlaqədar A.Şükürzadə, E.Məmmədov və E.Quluzadə polis tərəfindən saxlanılıb. Onlar sərxoş vəziyyətdə olublar.

Qeyd edək ki, saxlanılan şəxslər 2-ci Qarabağ müharibəsi iştirakçılarıdır.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:57 30.10.2025

Faktiki hava açıqlanıb

17:00 29.10.2025

Şirvanda zəlzələ oldu

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA