Tramp və Si Cinpin Busanda bir araya gəldi - Mühüm mesajlar və 2 saata yaxın çəkən görüş...

img

30-10-2025 [08:59]


ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Si Cinpin Cənubi Koreyanın Busan şəhərində görüşüblər.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 2 saata yaxın çəkən qapalı görüşdən əvvəl liderlər jurnalistlərə qısa açıqamalar veriblər.

Si Cinpin Çin və ABŞ-ın dost və tərəfdaş olmalı olduğunu deyib: "Biz tarixdən dərs çıxarmalı və reallığı qəbul etməliyik. Çinin inkişafı Trampın "Amerikanı yenidən böyük etmək" vizyonuna zidd deyil".

Onun sözlərinə görə, dünyanın ən böyük iqtisadiyyatları arasında vaxtaşırı qarşıdurmaların olması normaldır: "Bizim işimiz də bu toqquşmaları həll etməkdir, onu düzgün yola yönəltməkdir. Biz  Çin-ABŞ münasibətləri üçün möhkəm təməllər atmaq istəyindəiyik. Bunun üçün də Trampla işləməyə hazırıq. Çin və ABŞ hər iki ölkənin və dünyanın xeyrinə konkret və müsbət şeylərə nail olmaq üçün birlikdə işləyə bilərlər. İnanıram ki, uzunmüddətli perspektivdə fantastik münasibətlər quracağıq".

ABŞ Prezidenti Donald Tramp da Çin lideri ilə bir çox məsələlərdə artıq razılığa gəldiyini deyib və bildiirb ki, bu görüşdə həmin razlaşmaların imzalanacağlna ümid edir: "Prezident Si böyük bir ölkənin böyük lideridir. İnanıram ki, uzunmüddətli perspektivdə fantastik münasibətlər quracağıq".

Görüşdə Çin nümayəndə heyətinə Xarici İşlər naziri Van Yi, Baş nazirin müavini Si Lifinq, Milli İslahat və İnkişaf Komissiyasının sədri Çinq Şanje və Ticarət naziri Van Vintao, ABŞ nümayəndə heyətinə isə Dövlət Katibi Marko Rubio, Xəzinədarlıq katibi Skott Bessent və Ticarət Naziri Hovard Lutnik daxil olub.

Məlumata görə, 2 saata yaxın görüş az əvvəl bitib.

Görüşdən sonra mediaya açıqlama verən Tramp bildirib ki, Çinə qarşı tariflər 57%-dən 47%-ə endiriləcək. O, bundan başqa, Çinlə nadir torpaq elementləri barədə anlaşdıqlarını söyləyib: "Həmçinin ABŞ və Çinin Nvidia ilə çip texnologiyaları üzrə danışıqlara başlayacağı və Ukrayna məsələsi ilə bağlı birgə iş planı barədə razılığa gəldi. Yeni bir dövr başlayır. Bu, yalnız başlanğıcdır".

Samir MUSAYEV
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:57 30.10.2025

Faktiki hava açıqlanıb

17:00 29.10.2025

Şirvanda zəlzələ oldu

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA