Onlara vəzifə verildi - Kolleclərdə

img

29-10-2025 [14:10]


Pərviz Müseyibli Azərbaycan Maliyyə-İqtisad Kollecinin, Ramilə Tağıyeva isə Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.

Mia.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova müvafiq əmrlər imzalayıb.

Pərviz Müseyibli əmək fəaliyyətinə 2015-ci ildə Riyaziyyat və Mexanika İnstitutunda başlayıb və hazırda həmin İnstitutda böyük elmi işçi vəzifəsində çalışır, eyni zamanda BDU-da pedaqoji fəaliyyətini davam etdirir.

Ramilə Tağıyeva isə 2014-cü ildən etibarən Tovuz Dövlət Sosial-İqtisadi Kollecində pedaqoji fəaliyyətə başlayıb. O, 2024-cü ildən etibarən son təyinadək həmin kollecdə şöbə müdiri vəzifəsində çalışıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:00 29.10.2025

Şirvanda zəlzələ oldu

13:26 29.10.2025

AMEA-da yoxlama davam edir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA