Onlayn qumar oyunları: 5 dəstə ifşa edilib

img

25-10-2025 [14:47]


Kiberpolis onlayn qumar və mərc oyunlarında istifadə olunan bank kartlarının alqı-satqısını həyata keçirən 5 dəstəni ifşa edib.

Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Naziliri (DİN) məlumat yayıb.

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən keçirilən tədbirlərlə qeyd edilən qanunsuz fəaliyyətlə məşğul olan 5 fərqli dəstənin 12 nəfərdən ibarət üzvü - Əjdər Əzizov, Fərman Cəfərov, Hikmət Quliyev, habelə Adəm Əliyev və tanışı Cavid İsmayılzadə, Əlvan Musayev eləcə də onunla əlbir olan Məhərrəm Babayev, Rəvan Mehdiyev, Aydın Məmmədzadə və Adil Məmmədov, həmçinin Alşan Səfərov və Rüstəm Novruzov saxlanılıblar.

Daxil olan əməliyyat məlumatları əsasında müəyyən edilib ki, saxlanılan şəxslər bank kartlarını ayrı-ayrı vətəndaşlara ödənişlər edərək alıblar. Daha sonra həmin kartların böyük əksəriyyəti cinayət əməllərində istifadə edilməsi məqsədi ilə əsəsən "Telegram"da ölkə xaricində cinayətkar fəaliyyətlə məşğul olan şəxslərə satılıb. Əməliyyat zamanı saxlanılan şəxslərin əldə etdikləri 2 mindən artıq bank kartının cinayətkar fəaliyyətə yönləndirildiyi aşkarlanıb.

Qeyd edək ki, əksər hallarda öz kartını dəstə üzvlərinə təqdim edən şəxslər onların hansı məqsədlər üçün istifadə ediləcəyindən xəbərsiz olublar.

Faktlarla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:26 25.10.2025

Vətəni niyə sevirik?

12:55 25.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA