HEYDƏR ƏSƏDOV NİYƏ SUALDAN QAÇIR? - "Alo, alo" deyib telefonu qapadır
23-10-2025 [11:56]
Azərbaycan siyasətinin son illərdəki ən səs-küylü hadisələrindən biri Ramiz Mehdiyevlə bağlı cinayət işidir. 2025-ci il oktyabrda ona qarşı “dövlət hakimiyyətini ələ keçirməyə yönəlmiş hərəkətlər”, “xəyanət” və “cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması” ittihamları ilə dörd aylıq ev dustaqlığı seçilib.
Cinayət işi onun onilliklər boyu qurduğu şəbəkələrin hüquqi qiymətləndirilməsi baxımından dönüş nöqtəsi sayıla bilər.
İndi cəmiyyət üçün onun kimlərlə daha yaxın olması maraqlı görünür. Bu məqamda ortaya yeni bir ad da çıxıb -
Heydər Əsədov.
O, 2013–2019-cu illərdə kənd təsərrüfatı naziri, 2019-dan sonra Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru olub.
2024-cü ildə keçirilən növbədənkənar parlament seçkilərində 51 saylı Şirvan dairəsindən Milli Məclisin VII çağırış deputatı seçilib.
Verilən məlumatlarda Əsədovun karyerasının Mehdiyevə bağlı olduğu iddia edilir.
Mətbuatda illərdir onun sabiq nəqliyyat naziri Ziya Məmmədovla qohumluğu yer alıb. Ziya Məmmədovun isə Ramiz Mehdiyevlə əlaqələri artıq kimsəyə sirr deyil. Ziya Məmmədovun qardaşı Elton Məmmədovun Ramiz Mehdiyevin AMEA prezidenti olduğu zaman elə akademiyada ən yüksək vəzifə alması bunun göstəricisidir.
Məlumatlarda qeyd edilir ki, Əsədov Mehdiyevin ən yaxın adamlarındandır, deputatlığı Mehdiyev zamanına düşməsə də, bu, Əsədovu Mehdiyev adamı olmaqdan xilas etmir...
Yayılan məlumatlarla bağlı Heydər Əsədovun özü ilə əlaqə saxlamağa cəhd etdik. İlk zəngimizdə telefonu açan Əsədov guya səsimizi eşitməyərək "alo, alo" deyib söndürdü. Növbəti zənglərimizdə isə telefon qapadıldı...
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq
Sabunçuda avtomobillə motosiklet toqquşub, ölən var
Füceyrə limanından 40 km məsafədə tanker naməlum mərmi ilə vurulub
Erlinq Haaland "Mançester Siti"dən ayrılacaq
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı
Avropa Liqası final biletləri satışa çıxıb
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu
Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib