08-09-2014 [12:51]
Cəmiyyətin inkişafının müasir mərhələsi özlüyündə informasiyanı, informasiya infrastrukturlarını, informasiyanın toplanmasını, formalaşmasını, yayılmasını və istifadə edilməsini həyata keçirən informasiya subyektlərinin məcmusunu, eləcə də bu zaman əmələ gələn ictimai münasibətlərin tənzimləmə sistemlərini əks etdirən informasiya sahəsinin artan rolu ilə xarakterizə edilir. İnformasiya sahəsi cəmiyyət həyatının sistemyaradıcı amili olmaqla bərabər Azərbaycan Respublikasının siyasi, iqtisadi, müdafiə və digər tərkib hissələrinin vəziyyətinə fəal şəkildə təsir göstərir. Azərbaycan Respublikasının milli təhlükəsizliyi əhəmiyyətli dərəcədə informasiya təhlükəsizliyinin təmin edilməsindən asılıdır və texniki tərəqqinin yüksəlməsi ilə bu asılılıq da artacaqdır.
Günü gündən artan informasiya resursları bəzən idarəedilməz səviyyəyə gəlib çatır və müharibə şəraitində olan Azərbaycan Respublikasına ciddi zərbə altında qoyur.
Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin avqust ayının sonunda müşavirəsi keçirilib. Həmin müşavirədə Administrasiyanın rəhbəri Ramiz Mehdiyev bildirib ki, avqustun əvvəlində Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində müşahidə olunan gərginlik bəzi KİV-lərin, xüsusilə internet resurslarının qanunvericiliyin tələblərinə zidd və qeyri-peşəkar fəaliyyətini, habelə aidiyyəti dövlət orqanlarının informasiyanın verilməsinə məsul olan struktur bölmələrinin öz funksiyalarını lazımi qaydada yerinə yetirə bilməməsini açıq nümayiş etdirib.
Bu məsələdə Mətbuat Şurasının fəaliyyətsizliyini xüsusi qeyd etmək lazımdı. Əgər Mətbuat Şurasının fəaliyyəti olsaydı, illərdi internet resursları arasında gedən "İP” davası, "mənim mənbəm”, "bu mənim eksklüzv xəbərim idi”, "mənə niyə istinad etməmisən” kimi mənasız söz birləşmələrindən istifadə edərək oxucularda bir inamsızlıq yaradılmazdı. Amma görünən odur ki, Mətbuat Şurası rübdə bir dəfə toplaşaraq "reket qəzetlər”in siyahısını elan etməklə məşğuldur.
Mətbuat Şurası yarandığı gündən nəinki qanun layihəsi, heç adi bir əsasnamə hazırlayıb ictimaiyyətə təqdim etməyib.
Bu vəziyyət çox çəkə bilməzdi. Dövlət siyasi iradə ortaya qoymaqla öz xəbərdarlığını etməli idi və etdi. Qalıb cəmiyyət tərəfindən bu cür informasiya resuslarını ictimai qınaq obyektinə çevrilməsi.
İnformasiya sahəsində cəmiyyətin maraqları şəxsin bu sahədəki maraqlarının təmin edilməsi, hüquqi sosial dövlətin yaradılması, ictimai barışığın əldə edilməsi və dəstəklənməsi, Azərbaycanın mənəvi yenilənməsindən ibarətdir.
Nəzər salsaq görərik ki, çox az informasiya resursları bu tələbə cavab verir. Burada tək "günah keçisi” informasiya resurslarını hesab etmək düzgün olmazdı. Bəzi dövlət qurumlarının bu sahəyə məsul olan şəxslərin zamanın tələbinə cavab verməyən iş prinsipləri həmin o informasiya resurslarının "mənim mənbəm” söz birləşməsinin ortaya çıxmasına şərait yaradır.
Beynəlxalq praktikada İnformasiya Kommunikasiya Texnologiyalarından və onun verdiyi imkanlardan istifadə dövlət nəzarətini labüd edir. Bu sahədə milli qanunvericilikdə olan boşluqlar qeyd etdiyimiz fəsadları ortaya çıxartmağa şərait yaradır.
Vəziyyətdən çıxış yolu varmı?
Bəli, var: Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi doktrinası qəbul edilməli və informasiya resuslarına nəzarəti dövlət öz üzərinə götürməklə müvafiq qurumun yaradılması zamanı yetişmişdir.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL QADIN NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi
AAYDA-da YOXLAMA: KEÇMİŞ SƏDRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Bir neçə vəzifəli şəxs istintaq cəlb olunub
Mikayıl Cabbarov özünə daha bir müşavir götürdü
“Rahat”, “Grandmart”, “Bolmart”...- İşçilərn maaşı niyə verilmir?
Xətainin icra başçısına ağır itki üz verib
“Neftçi”-“Qarabağ” oyununun təxirə salınmasının səbəbkarı kimdi? - Cenk Sümerdən mia.az-a eksklüziv ilginc açıqlama (VİDEO)
Mehriban Əliyeva AGF prezidenti seçildi - Yığıncaq + FOTOLAR
Dini təşkilatlar hesabat verib
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
TƏBİB sədri vəzifəsindən azad edildi - Vüqar Qurbanov "Qərara hörmətlə yanaşıram" dedi (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TƏBİB-in köhnə müavini - yeni sədr əvəzi kimlərə mesaj verdi: "Kadr dəyişikliyi olacaq"
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəlilabadda 52 yaşlı kişi öldürülüb
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq