Nazirin, yoxsa icra başçısının bəlası... - "Möcüzəli Naftalan” Sağlamlıq Mərkəzindən "möcüzəli dərd"lər artıb
20-10-2025 [12:03]
Hələ Sahil Babayevin dövründə Əmək və Əhalinin Sosail Müdafəsi Nazirliyinin (ƏƏSMN) "yükü" olan “Möcüzəli Naftalan” Sağlamlıq Mərkəzinin indi də yeni nazir Anar Əliyevin, hətta rayonun icra başçısının başına bəla olması barədə xəbər yayılıb.
Bu barədə Mia.az-ın poçtuna daxil olan məktubda deyilir ki, bu sanatoriyada ötən illərdəki xoşagəlməz hallar bu gün də davam etməkdədir:
"Hörmətli media nümayəndələri! Ümid edirəm, müraciətim sizin vasitənizlə cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə çatacaq. Dövlət başçısına müraciət etməyimizin səbəbi əlaqədar qurumların müraciətimizlə bağlı hərəkətsizliyidir. Söhbət “Möcüzəli Naftalan” Sağlamlıq Mərkəzi adı ilə fəaliyyət göstərən, lakin antisanitariyanın hökm sürdüyü, ciddi maliyyə pozuntularının olması barədə iddiaların olduğu “sanatoriyadan” gedir. Obyektin rəhbəri Elşən Əmiralanovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqəyə girub “otkad” əməliyyatları, obyektdəki natəmizlik barədə dəfələrlə şikayət etsək də nəticəsi yoxdur.
Bu il sanatoriyaya üz tutan yüzlərlə pasiyent narazı qayıdır. Əksəriyyəti də sözegedən Nazirliyin xətti ilə gələn qazilər, əlillər və şəhid ailələridir. İddialarımızı sübut etməyə hazırıq. Obyektdəki antisanitariya, kefiyyətsiz qidalanma, başıpozuqluq pasiyentləri boğaza yığdı. Şikayət edənlərlə də müəssisənin rəhbəri kobud davranıb. Dərd ondadır ki, yerli icra hakimiyyəti də onlardan gələn şikayəti qulaqardına vurur. Sanatoriyanın rəhbəri Elşən Əmiralanov və onun avtoş oğlu rayonda hamının yanında İcra Hakimiyyəti də daxil olmaqla, hamının hesabını çatdırdıqlarını iddia edirlər. Həmin qurumlar arasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adını xüsusi çəkirlər. Hər göndərilən xəstəyə görə guya “haqq” ödədikləri deyilir. Doğrudanmı, belə mötəbər nazirlik bu cür yoılara gedir?! Xahiş edirik, həmin müəssisənin işi və onun İcra Hakimiyyəti ilə qaranlıq əlaqələrinin araşdırılmasına yardımçı olsanız!"
Xatırladaq ki, bir neçə il əvvəl də bu sanatoriyadan narazılıq, eyni zamanda, antisanitariya ilə bağlı rəsmi qurumların yoxlaması olub.
Yoxlama ilə “Möcüzəli Naftalan Sağlamlıq Mərkəzi”ndəciddi nöqsanlar aşkar edilib: "Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin, həmçinin sanitariya norma və qaydaların kobud şəkildə pozulması faktı aşkar edilib. Müəssisədə döşəmənin tamlığının pozulduğu, divar və tavanın sanitar norma və qaydalara uyğun olmadığı, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı, işçilərin dövri tibbi müayinədən keçirilmədiyi müəyyən edilib. Eyni zamanda, müəssisənin qida məhsullarının saxlanıldığı anbarda mal qonşuluğu qaydalarına əməl edilmədiyi, istehlak üçün nəzərdə tutulmuş ət və ət məhsullarının, süd və süd məhsullarının baytarlıq-sanitariya ekspertizasından keçmədiyi və istifadə müddəti bitmiş qida məhsulları aşkarlanıb".
Qida Təhlükəsizliyi Agentliyi məhz sadalanan bu neqativ hallarla bağlı müəssisəni cəzalandırıb.
Məsələyə ilə bağlı araşdırmamız davam edəcək.
Qarşı tərəfin münasibətini də yazıya əlavə etməyə hazırıq.
Samir
MİA.AZ
Bakı-Sumqayıt-Bakı sürət qatarının qrafiki dəyişdi
Generalın yerinə təyinat oldu - Rəisə vəzifə verildi
Sabiq icra başçısının oğlu həbs edildi - Məhkəmə qərarı
Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
İspaniyada qatarlar toqquşdu: 39 nəfər ölüb, xeyli xəsarət alan var
İranda aksiya: 3919 nəfər ölüb, 24669 nəfər isə qandallanıb
Elşad Xose həbsdən buraxılıb
İstanbul qara təslim oldu - FOTOLAR
Güclü geomaqnit qasırğası gözlənilir
Hüquqi şəxslərin dövlət reyestri qaydaları dəyişib - Qərar
Türkiyədə qayıq batdı: 1 nəfər ölüb, 4 nəfər isə xilas edilib
Afrika Millətlər Kuboku: "Beşiktaş"ın futbolçusu zədələnib
Ərdoğan Suriya prezidenti ilə danışdı - Son əməliyyatla bağlı
"Samsunspor" qələbə üzünə həsrət qalıb
İlham İsmayıl xəstəxanaya yerləşdirildi
Əmrə Belözoğlu: "Liqa matçlarında qalib gəlmək asan deyil"
İran XİN Trampın sözünü təkzib etdi: "Məsuliyyətsiz açıqlama idi" - "Səfırliklər bağlanmayıb"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
SDQ "Ağ bayraq" qaldırdı, Şara atəşkəs elan etdi: "Hökumət qüvvələri üç şəhərə daxil olacaq" (YENİLƏNİB)
Suriya ordusu SDQ-yə qarşı daha iki cəbhə açdı - Türkiyə tərəfdən...
Binəqədidə maşın və motosiklet oğruları tutulub
2026-cı ilin sonuna qədər ev və maşın alacaq - 5 BÜRC
Ramil Şeydayev “Qarabağ”dan da gedir
Qar yağacaq - Sabahın hava proqnozu
Prezident İlham Əliyev Şəhidlər xiyabanında - FOTOLAR
Anar Ələkbərov “Qeyzer” adlı sərgidə - FOTOLAR
Dağətəyi rayonlara qar yağır
Şamaxı və Ağsuda zəlzələ olub (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Körpələr evinin müdirini bıçaqladılar - Tovuzda + VİDEO
“Park Cinema”da “Səkkiz” serialının yayımı dayandırıldı
İki gün ərzində güclü külək əsəcək - Xəbərdarlıq
10 yaşlı uşağı sabiq icra başçısının oğlu xilas edib - FOTO
Maşın kanala aşdı: müəllim öldü
Bakıya sulu qar, rayonlara isə qar yağacaq - Sabahın hava proqnozu
Abşeronda su təsərrüfatı çöküb: tonlarla su kanalzasiyaya axır - Yarıtmaz kadr siyasətinin acı nəticəsi + VİDEO
Suriya ordusu qruplaşmaya qarşı daha bir şəhərdə əməliyyata başlayıb
Azərbaycan nefti 70 dollara satılır - Qiymət qalxdı
Sürücülərə xəbərdarlıq olunub - Hava ilə bağlı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Oktay Kaynarcanın narkotestinin cavabı çıxdı: "Başım dikdir"