Əmrə Belözoğlu: "Liqa matçlarında qalib gəlmək asan deyil"

img

19-01-2026 [00:11]


Türkiyə Super Liqasının 18-ci turunda komandası "Antalyaspor" ilə 0-0 hesablı heç-heçə edən "Kasımpaşa"nın məşqçisi Emre Belözoğlu oyundan sonra açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan stadionunda keçirilən matçdan sonra Belözoğlu meydana qələbə üçün çıxdıqlarını deyib:

""Antalyaspor"la oyund üç xal qazanmaq istəyirdik. İlk hissədə asanlıqla 2-0 və ya 3-0 hesabı ilə irəlidə ola bilərdik. Fürsəti dəyərləndirə bilmədik. Əlbəttə ki, rəqibin mənim baş məşqçisi olduğum keçmiş komanda olması  bəlli hiss yaradırr. Çünki onların güclü və zəif tərəflərini bilirəm, xüsusən də ilk hissədə, matçı erkən bitirmək fürsətimizi itirdik..."

Əmrə Belözoğlu yeni transferlərdən danışıb: "Bunlar 4-5 aydır futbol oynamayan oyunçulardır. Onları hazırlamalıyıq. Oyunçuların gəldikdən dərhal sonra oynayacaqları fikri bizə çox fayda verməyəcək. Bekao bizim üçün çox dəyərli oyunçudur. Təəssüf ki, o da uzun müddətdir oynamır. Düşünürəm ki, bütün oyunçularımız hazır olduqda çox yaxşı bir komanda olacağıq. Szalainin performansı təəssüf ki, gözləntilərimizin altındadır. Gələn həftə onunla bağlı qərar verə bilərik"

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA