İran XİN Trampın sözünü təkzib etdi: "Məsuliyyətsiz açıqlama idi" - "Səfırliklər bağlanmayıb"

img

19-01-2026 [00:07]


"ABŞ prezidenti Donald Trampın 800 etirazçının edam hökmünün ləğvi ilə bağlı açıqlamaları məsuliyyətsiz və yalan açıqlama idi".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi  mətbuat konfransında suallara cavabda deyib.

XİN rəsmisi bildirib ki, həbs edilən aksiyaçılarla bağlı məhkəmə qərarları üçün bəlli vaxt lazımdır: "İranda müzakirə mövzusu olan 800 nəfərin edam edilməsi üçün məhkəmə qərarları vaxt tələb edir. Belə vacib məsələ ilə bağlı tələm-tələsik qərar qəbul etmək mümkün deyil, axı...".

Etirazlar zamanı bəzi səfirliklərin bağlanması ilə bağlı suala cavabda isə XİN rəsmisi bildirib ki, bu xəbər də doğru deyil: "İnternetin kəsilməsi və hadisələrlə bağlı ölkədə yaranan vəziyyətdən narahat olan bəzi səfirliklərin diplomatları ölkələrinə qayıdıblar. Lakin heç bir səfirlik bağlanmayıb. Ümid edirik ki, həmin diplomatlar ən qısa zamanda geri qayıdacaq və səfirlik fəaliyyətləri normal şəkildə bərpa olunacaq".

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bir neçə gün əvvəl İranda  800-dən etirazçınn edam hökmünün ləğvinə görə Tehran rejiminə təşəkkür etmişdi.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA