Elxan Məmmədovdan iddialı açıqlamalar

img

05-09-2014 [14:27]


"Rusiya ilə oyunda əsas məsələ komandanı yoxlamaq idi. Həmin oyunda İtaliya, Xorvatiya və Bolqarıstan yığmalarının nümayəndələri də iştirak edirdi. Bizim üçün rəsmi oyunlar daha vacibdir".

Bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov bu gün jurnalistlərə açıqlamasında deyib.

AFFA rəsmisi "Avro-2016"nın seçmə mərhələsinin ilk oyunu çərçivəsində qarşılaşacağımız Bolqarıstanla görüşdə millimizdən qələbə gözlədiyini bildirib: "Bu oyunda millimizdən 3 xal gözləyirik. Düşünürəm ki, yığmamız qrupda üçüncü yer uğrunda mübarizə aparmağa qadirdir. Ötən seçmə mərhələdə dördüncü olduq, bu dəfə daha yüksək yerlər uğrunda mübarizə apara bilərik. Komanda bunun məsuliyyətini dərk edir".

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının seçmə mərhələdə İsrailə qalib gəlməsinə (3:0) də münasibət bildirən E.Məmmədov bu haqda belə danışıb: "Bu, çox yaxşı qələbədir. Görünür, millimiz səfərdə 2:7 hesablı məğlubiyyəti unutmayıb. Bernhard Lippertin istefasına gəlincə, biz seçmə mərhələnin gedişində baş məşqçini dəyişmirik. Ancaq Lippert bu barədə bizə daha öncədən xəbər vermişdi. Seçmə mərhələ başa çatdıqdan sonra AFFA prezidenti Rövnəq Abdullayevlə də məsləhətləşəcəyik. Lippertə təklif etmək lazımdı ki, Portuqaliya ilə oyundan öncə də istefasından danışsın, bəlkə, həmin görüşdə də qələbə qazandıq"(Qol.az). 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA