Partiya sədrindən Türkiyə parlamentindəki şüara sərt reaksiya: "Başlarını əzəcəksən!"

img

08-10-2025 [00:17]


Ərdoğanın lideri olduğu Cumhur İttifaqının üzvü olan Böyük Brilik partiyasının lideri Mustafa Destici ötən gün DEM Partiyasının parlamentdəki fraksiyasının toplantısında səslənən gurultulu "Yaşasın Lider Apo", "Özgür APO" kimi şüarlara çox sərt reaksiya verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, parlamentdə "Yaşasın Lider Apo" (kürd dilində "Biji Serok Apo") səsləndirənlərin hər birinin başının əzilməsini tələb edib:

"Bu, təkcə ədəbsizlik deyil, həm də dövlətə meydan oxumaqdır. Bu biabırçılığa görə bir şəhid qohumunu kim hesaba çəkə bilər?..."

Partiya sədri bir daha bildirib ki, terrorizm və terrorçularla heç bir danışıqlar aparılmamalıdır: "Olanda da belə həyasızlaşırlar. Onların başlarını əzəcəksən, bu qədər..."

Mustafa Desticinin açıqlamasını tam olaraq aşağıda təqdim edirik: 

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA