Alim Qasımov Kanadada konsert verib

img

04-10-2025 [09:25]


Azərbaycanın Xalq artisti, görkəmli xanəndə Alim Qasımov Kanadanın Ontario vilayətinin Toronto şəhərində konsert verib.

Mia.az xəbər verir ki, bu, xanəndənin 18 ildən sonra yenidən Kanadadakı musiqisevərlərlə görüşü olub.

Min nəfərdən çox dinləyicinin iştirak etdiyi "The Creative School Churusalis" yaradıcı mərkəzində Kanadada yaşayan azərbaycanlılar, Azərbaycan icmasının nümayəndələri, cənubi azərbaycanlılar və digər millətlərin nümayəndələri konserti böyük şövqlə izləyiblər.

Xanəndənin beynəlxalq səviyyədə tanınan xoreoqraf, pedaqoq, kanadalı rəqs novatoru Saşar Zarifla "Məhəbbət" adlı konserti böyük tamaşaçı sevgisi ilə qarşılanıb. Alim Qasımovun ruhu titrədən canlı vokal improvizasiyaları ilə Zarifin sufizmdən qidalanan rəqsləri birləşərək muğamla səmanın, musiqi ilə rəqsin, sədaqətlə həsrətin qədim bağını yenidən canlandırıb.

İfaçıları səhnədə xanəndənin dörd nəfərdən ibarət Muğam Ansamblı müşayiət edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA