Türkiyə balıqçılarının tapdığı kamikadze kater partladıldı - FOTO 

img

01-10-2025 [12:25]


Sentyabrın 29-da Trabzonun Çarşıbaşı səmtində Yoroz limanı yaxınlığında balıqçılar tərəfindən tapılan insansız kamikadze kateri bu gün partladılıb.

Mia.az Türkiyə mediasına istinadla bildirir ki, balıqçıların şəhər Jandarma Komandanlığı ilə birgə sahilə çıxardığı kater müvafiq qurumlar tərəfindən hərtərəfli yoxlanılıb.

Məlumata görə, bu gün kater ehtiyatla Qara dənizə endirilib və təhlüksizlik tədbirləri çərçivəsində partladılıb.

Firudin Səfərli
MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA