"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradıldı - Bakıda ödənişli hərəkət zonaları olacaq (FƏRMAN)
19-09-2025 [17:24]
Prezident İlham Əliyev Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb.
Mia.az xəbər verir ki, Fərmanda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınmalarının dayanıqlılığının və davamlılığının, sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin təmin olunması, qabaqcıl beynəlxalq tələblər və təcrübə nəzərə alınmaqla bu sahədə fəaliyyət göstərən daşıyıcıların işinin səmərəli təşkili məqsədilə "Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq qərara alıram:
1. Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində "İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu (bundan sonra – Fond) yaradılsın.
2. Müəyyən edilsin ki:
2.1. Fond aşağıdakı mədaxil mənbələri hesabına formalaşır:
2.1.1. avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə yol vergisinin Fonda köçürülən hissəsi;
2.1.2. nəqliyyat vasitələrinin Bakı şəhərinin inzibati ərazisində müəyyən edilmiş ödənişli hərəkət zonalarına daxil olmasına görə ödənilən haqq;
2.2. Fondun vəsaitinin dövlət büdcəsi tərkibində təsdiq olunmuş xərclər dairəsində sərəncamçısı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir;
2.3. Fondun vəsaitindən "Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun və dövlət xəzinədarlığı sahəsində digər normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində aşağıdakı tələblərə cavab verən nağdsız ödəniş sisteminə keçirilmiş nəqliyyat vasitələri ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən hüquqi şəxslərə və ya fərdi sahibkarlara bu Fərmanın 4.2-ci bəndinə uyğun olaraq subsidiya ödənilməsi üçün istifadə edilir:
2.3.1. sıxılmış təbii qazla işləyən mühərriklə təchiz edilmiş avtobuslar;
2.3.2. elektrik mühərriki ilə təchiz edilmiş avtobuslar;
2.3.3. Gəncə şəhərinin inzibati ərazisinə münasibətdə həmçinin istehsal tarixi 2025-ci il yanvarın 1-dən sonra olan dizel mühərrikli avtobuslar.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. bu Fərmanın 2.1.2-ci yarımbəndinə uyğun olaraq, Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları və nəqliyyat vasitələrinin həmin zonalara daxil olmasına görə haqqın məbləği ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. bir ay müddətində aşağıdakı normativ hüquqi aktları təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
3.2.1. bu Fərmanın 2.3-cü bəndində göstərilən inzibati ərazilərdə avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən daşıyıcılarla bağlanılan avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin şərtlərini;
3.2.2. bu Fərmanın 4.2-ci bəndinə uyğun olaraq, daşıyıcılara ödəniləcək subsidiyanın hesablanması və ödənilməsi qaydasını;
3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (bundan sonra – Nazirlik):
4.1. 2026-cı il yanvarın 1-dən bu Fərmanın 2.3-cü bəndində göstərilən inzibati ərazilərdə müntəzəm sərnişin daşınmalarına ehtiyacın və əlçatanlığın təmin edilməsi, sərnişin axınının intensivliyi və ya avtomobil nəqliyyatı xidmətinin davamlılığı nəzərə alınmaqla, Nazirliyin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (bundan sonra – Agentlik) müəyyən etdiyi marşrutlar üzrə daşıyıcıların avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma xidmətləri göstərməsi nəticəsində yaranan xərclərinin kompensasiya olunmasını nəzərdə tutan məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin tətbiqinə başlasın və bu prosesi 2028-ci il yanvarın 1-dək başa çatdırsın;
4.2. Agentlik və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən daşıyıcılar arasında bağlanılan avtomobil nəqliyyatı xidməti haqqında müqaviləyə əsasən daşıyıcılar tərəfindən göstərilən avtomobil nəqliyyatı xidmətinə görə hesablanan dəyərlə həmin xidmət üçün təsdiq edilmiş gediş haqqına uyğun olaraq sərnişinlərin ödənişlərindən toplanan vəsait arasında mənfi fərq yarandığı təqdirdə, həmin fərq məbləğində Fondun vəsaiti hesabına daşıyıcılara subsidiya ödənilməsini təmin etsin;
4.3. bu Fərmanın 4.2-ci bəndi nəzərə alınmaqla, avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin bağlanılması üçün müntəzəm marşrutlar üzrə avtomobil nəqliyyatı xidməti göstərəcək avtomobil nəqliyyatı vasitələrinə dair tələbləri bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.4. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
5. Bu Fərmanın 2.1.1-ci yarımbəndi 2026-cı il yanvarın 1-dən, 2.1.2-ci yarımbəndi isə 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq