Hekayəti-Müsibəti-Santuş: gizli anlaşmalar və ya "istefa" sualına kimlər niyə mane olurdu? - VİDEO
18-09-2025 [22:25]
Futbol üzrə millinin keçmiş baş məşqçisi Fernandu Santuş gedəndən bəri həmkarlarımı təəccüblə izləyirdim.
Deyəsən, artıq sakitlik çöküb və mən indi soruşmaq istəyirəm onlardan: “Bəs niyə Estoniya ilə oyundan sonra mən Santuşa “istefa” sualını verəndə dodaq büzmüşdünüz?
Dalımca qeybət elədiniz, “bu, nə sualdı verir”, deyə.
AFFA-nın mətbuat xidmətinin keçmiş rəhbəri Elnur Məmmədli mənim sözümü kəsəndə, sonra da “ictimai-siyasi mətbuatdan idmana niyə gəlib”, - deyə jurnalistlərin arasında dalımca danışanda, nə əcəb susdunuz?
Hələ onda hamı sözü bir yerə qoysaydı, Santuş aylarla oturub qalmayacaqdı, AFFA sözümüzü tez eşidərdi və boş-boşuna o qoca kişiyə də əziyyət olmayacaqdı. Sakitcə 5-3 manat kompensasiyasını götürüb gedəcəkdi. Siz də uzaq İslandiyada qeyzlənib kişini yerin dibinə soxmayacaqdınız. Mən burada mədəni şəkildə soruşmuşdum da, ondan, “nə vaxt istefa verəcəksinz, cənab Santuş”, - deyə. Məni diskriminasiya elədiniz. Unudanlar üçün aşağıda həmin videonu əlavə edirəm. Baxın, zəhmət olmasa.
Santuşun 3+ müqaviləsini gözümə soxanlara o zaman demişdim ki, müqaviləyə vaxtından qabaq xitam vermək olar. Bunu Beşiktaşla təcrübədə görmüşük. Niyə Santuş mənə “Beşiktaşla başqa hekayəmiz var” – deyəndə o hekayənin müsibətinə qulaq asmadınız?
Mən konkret olaraq meydanda tək idim onda.
Saqqalım yoxdu, sözüm ötmür, deyəcəm də, onu da deyə bilmirəm. Çünki zarafatdan keçib bu əhvalat. Reallıq budu ki, zamanında bir-birimizin sözünə hörmət etmirik, hətta ayrı-seçkilik salırıq, məsələn, biri oradan gəlib, biri buradan gəlib, deyə, sözün düzünü deyənin də qeybətini edirik.
E.Məmmədli AFFA-ya əlvida postu yazanda bir-iki cümləsinə dodağım qaçmışdı. Yazmışdı ki, ay nə bilim, “milli komandanın baş məşqçisinin yerli ola biləcəyinə dair söhbətlər”, insanlarda inam-zad. İnsanın biri mən. Santuşa istefa sualı verəndə o inamdan məndə də vardı. İstəyirdim o getsin, yerli məşqçi olsun millidə. Amma öldürdünüz o inamı. O zamandan sonra heç sual vermədim Santuşa. Heç millinin oyunlarına da davamlı baxmadım.
Madam Santuşun yola salınması bizim əlimizdəydi, bizim suallardan asılıydı, onda məni niyə gözümçıxdıya salmışdınız?
Ha onda getdi Santuş, ha indi. Adam elə bil dincəlməyə gəlmişdi, sadəcə, maaş alırdı. O pul da bizim cibimizdən gedirdi. Bir neçə dəfə böyükhesablı məğlubiyyətdən sonra dedi ki, günahkar özüməm. Daha nəyi gözləyirdi AFFA? Bir yol planı vermişdi bizə, 2026-cı ilə millini Dünya Çempionatına hazırlamaq, daha nə bilim, struktur, sistem dəyişiklikləri, filan. Edə bilmədi adam. Ya vaxtı olmadı, ya həvəsi, ya da sadəcə, milli komanda onu istəmədi.
Bəli, bəli, istəmədi.
“Qarabağ”ın prezidenti Tahir Gözəl transfer söhbətinə dair müzakirələrin qızğın vaxtında bir cümlə işlətdi, çoxları bu sözün altındakı mübhəm mənanı tuta bilmədi, amma mən anladım onun nə dediyini. T.Gözəl açar söz işlətmişdi transfer söhbətində. Demişdi ki, gedib kimisə alarıq, sonra onu komanda istəməz (!), bir də gördün, deyirlər ki, “xeyir ola, biz ona pas vermirik (!!), bizdən artıqdı?” və s.
Baxın, bu vəziyyət nəinki böyük futbolda, hətta məhəllədə oynayanda da baş verir. Komanda idmanının əslində faciəsidi bu. Birlik olmayanda heç kim oynamır. Qruplaşma, daxili gərginlik, siyasi müdaxilə, kənardan sifariş – bütün bunlar komanda idmanın problemləridi. Bizim milli də əslində bu faciəni yaşayır.
Məsələn, düşünün, necə olur ki, Avroliqada tarix yazan “Qarabağ”çılar Toral, Elvin, Bədavi, yaxid “Neftçi”dən Emin öz klubları üçün həqiqi futbol oynayır, Santuşa çatanda uduzurdular?
Eyni adamlar, eyni motivasiya, dəyişən nədi ki? Santuş əvvəlcə anlamamışdı bunu, sonradan başa düşsə də vecinə almadı. Kim zəmanət verir ki, İslandiyada milliyə “oynamayın”, - deyən olmayıb kənardan? Deyəcəksiniz, Elnurun sözü olmasın, istimai-siyasi mətbuatdan boylanırsan, ola bilməz belə şey. Bu oyun Santuşun sonunu gətirdiyi üçün mən inanıram öz yazdığıma. Millinin Santuşun acığına oynamaq istəmədiyini düşünürəm. Yerli məşqçi arzusunda olan futbolçularımızın son oyundakı canfəşanlığının müvəqqəti yerli məşqçi ilə əlaqəsi olmadığını söyləməyə cəsarət edə bilməzsiniz, elə deyilmi?
Mənə maraqlı gələn həm də odu ki, Santuşu yola salmağın yolu bizdən, bizim suallardan keçdi. Niyə görəsən?
Mən “istefa” deyəndə sözümü kəsməyə çalışanların rəhbərləri sonradan niyə jurnalistlərə yol göstərdi bununçün?
AFFA-nın yeni Baş katibi Cahangir Fərəcullayev İslandiyadan sonra özü jurnalistlərə məsləhət gördü ki, Santuşa istefasına dair sual versinlər. Lətifədən uzaq, ilanı Seyid Əhməd əliylə vurmaq nəydi elə?
Mən həm də düşünürəm ki, niyə AFFA bu adamla müqavilənin vaxtından əvvəl pozulmasına dair müddəaları ictimaiyyətə açıqlamır?
Məsələn, ona nə qədər kompensasiya ödənildiyini bilmək mənim haqqımdı. Elə hamı bilməlidi mənim kimi. Bəziləri bu rəqəmin 1,4 milyon manat, başqa bir məlumatda isə 4,5 milyon manat olduğu bildirilir. Kommersiya sirri deyil ki bu. Santuşla müqavilə keçən ilin iyun ayında bağlanmışdı və Mia.az xəbər verir ki, portuqaliyalının müqavilə müddəti 2028-ci ilədək qüvvədəydi. İndi hansı əsaslarla pozulub? Milliyə yeni baş məşqçinin təyinatı ilə bağlı dolaşan rəngli xəbərlərin fonunda Santuş hekayəsinin təfərrüatlarını öyrənmək artıq şərtdir. Bir də gördünüz, yenə oradan-buradan qovulan kimisə gətirdilər milliyə.
Məsələn, Türkiyə mətbuatı Fatih Terimə işarə vurub. Fatih Terim kimilər hekayə deyil uje, muzkomediyadı, bilirsiniz də, eləmi?
Bizə isə dastan lazımdı.
Məsələn, Koroğlu dastanı-filan kimi bir şey.
Zülfiyyə Mustafayeva
Mia.az
Prokurorluğa qəbulla bağlı müsabiqə keçiriləcək
Keçmiş idmançı saxlanılıb - Etiraza çağırışa görə
Elariz Məmmədoğlunun kürəkəninə ağır cəza verildi - Məhkəmə prosesi
Daha bir vəzifəli şəxs həbs edilib - Rüşvət ittihamı ilə
İsrail Qəzzada atəşkəsi yenə pozub - Zolağa ağır zərbələr endirilb
Okan Buruk "Ayaks" matçına bu heyətlə çıxacaq - Siyahı
Ceyhun Bayramov türkiyəli partiya sədrini qəbul edib
İcra başçısı Süleyman Mikayılov həbs olunan müavini üçün kimə minnətçi düşüb? - Maraqlı iddia yayıldı
SOCAR-ın 100 milyon dollar dəyərində yeni isitqrazları... - 16-cı dəfə faiz ödənişi həyata keçirib
"Qarabağ" - "Çelsi" oyununun hakimləri açıqlanıb
ADA ilə “Veysəloğlu”nun tərəfdaşlığı uğurla davam edir – xeyriyyə məqsədli festival keçirilib - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
Milli Məclisdə kadr dəyişikliyi olub
Bakıda və rayonlarda leysan gözlənilir - Xəbərdarlıq
Ərdoğan Azərbaycana səfər edəcək
RAMİZ MEHDİYEVİN KÖMƏKÇİSİ DƏ TUTULUB - Səbəb + FOTO
Qaradağ Rayon İcra Hakimiyyətindəki həbslərin təfərrüatı - PROKURORLUQ AÇIQLAMA YAYDI
Kəmaləddin Heydərov kadrını qoruya biləcək?
İcra Hakimiyyətinin tenderləri şübhə yaradb
10 kq-lıq sovqat limti və... - Pərviz Həşimli yazır
Derbi həyəcanı: "Fantastik bir geri dönüş etdik"
Noyabrda ardıcıl dörd gün iş olmayacaq
Türkiyə Rusiyadan aldığı S-400-ün ağır bədləlini ödəyir - TƏHLİL
Çin daha bir tarixi kəşfə imza atıb: "üzən generator" - Yağış damcılarından enerji istehsal olunur
"Bunlar səhnəarxası söhbətlərdi"
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv olunacaq - MN-dən xəbərdarlıq
Kosmosa 4 qara siçovul göndərildi - Çin dünyanı heyrətəndirir
Deputat "Azərpoçt"un "bostanına daş" atdı - FOTO
Qax rayonunda evdən oğurluq edən şəxs tutulub
Prezidentin Təhlükəsizlik Xidmətində dəyişiklik olub
HƏMAS daha üç israilli girovun cəsədini təhvil verib
Meksikada bazarda partlayış: 23 nəfər ölüb, 11 yaralanıb
Qafqaz və Alp dağları qara həsrət qalacaq - İnsan faktoru dünya böyük fəlakətə sürükləyir (ARAŞDIRMA)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Turan-Tovuz” və “Şamaxı”nın Baş məşqçiləri Mia.az-ın suallarını cavablandırdı - VİDEOLAR
Tovuzda futbol bayramı: “Turan-Tovuz” öz meydanına döndü - Oyunda üç qol var + VİDEO (Yenilənib)
QARADAĞ İCRA HAKİMİYYƏTİNDƏ ƏMƏLİYYAT: kimlər qandallandı? - SİYAHI + FOTO (YENİLƏNİB)
Sabah yağış yağacaq
Süleyman Mikayılovun ta Lənkərandan "əli üzərində" olan müavini... - Həbs olunan Nadir Muradov, əslində, kimdir?
Sahibə Qafarova Misir prezidenti ilə görüşüb
İsmayıllı rayonunda zəlzələ olub