“Yuventus” türk futbolçunun maaşını qaldırdı - 6 milyon avroya

img

18-09-2025 [00:14]


İtaliyanın "Yuventus" klubu Türkiyə millisinin 20 yaşlı sol qanad oyunçusu Kənan Yıldızla müqaviləni yeniləyib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub onunla müqaviləni 2030-cu ilə qədər uzadıb.

Məlumata görə, yeni müqavilədə Yıldızın maaşı da artırılıb: "Bu mövsüm “Yuventus”un heyətində 8 oyuna 5 qol vuran, 6 məhsuldar ötürmə ilə diqqət çəkən Kənan Yılıdıza daha illik 1.5 milyon avro deyil, 6 milyon avro maaş ödəniləcək".

Fərid
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA