Dörd ölkədən Azərbaycana bəzi məhsulların idxalına məhdudiyyət qoyulub

img

16-09-2025 [11:07]


Azərbaycana dörd ölkənin bəzi ərazilərindən müvafiq malların idxalına məhdudiyyət tətbiq olunub. 

Mia.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadla bildirir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Xorvatiyanın Bjelovar-Biloqora bölgəsi, Macarıstanın Şomod inzibati ərazi vahidində blutanq xəstəliyi, Liviya Dövlətinin Əl Mərqab dairəsində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Amerika Birləşmiş Ştatlarının Cənubi Dakota ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

AQTA ölkə ərazisinin yoluxucu xəstəlikdən qorunması məqsədilə həmin ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla müvafiq malların idxalına müvəqqəti məhdudiyyət tətbiq edib.

Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA