ƏRDOĞAN QƏTƏRDƏN İSRAİLƏ GÖZDAĞI VERDİ: "Sizi durdurmağa gücümüz var" - Türkiyə lideri müsəlman ölkələrə təklif verdi (VİDEO)
GÜNDƏM
15.09.2025, 20:10
Bu gün Qətərə səfər edən Türkiyə Prezidenti Ərdoğan dohada müsəlman ölkələrin dövlət və XİN başçılarının toplantısında ilk dəfə İsraili durmaq gücündə olduqlarını bəyan edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, çıxışında dünyaya səslənərək "İsrail dayandırılmalıdır, onun hədsizliyinin qarşısı alınmalıdır. Əslində, Türkiyə olaraq İsraili durdurmaq gücünə sahibik", - deyib:
"Bu sammitlərdə biz dünyaya bəyan etdik ki, İsrailin artan təcavüzü indi bölgəmiz üçün təhlükə yaradır və buna qəti şəkildə son qoyulmalıdır. Baxın, Fələstindən sonra İsrail Livan, Suriya və Yəmən, daha sonra neytarsulardakı Tunisə məxsus mülki gəmiləri hədəfə alıb. Yetmədi, siyasətçilərə və dövlət xadimlərinə sui-qəsd etdi. ər kıs bilsin, bütün gücümüzlə Qətərin yanındayıq. Bu baxımdan, bu gün Dohada sammitimizi keçirməyimizi çox vacib hesab edirəm. Mən vurğulayıram ki, dünya ictimaiyyəti bu görüşü İslam dünyasının Qətərə qeyd-şərtsiz dəstəyinin təzahürü kimi görməlidir. Ümid edirəm ki, bu gün qəbul edəcəyimiz qərarlar bu ürəkaçan əhval-ruhiyyəni dünya ictimaiyyətinə bir daha bəyan edəcək. Hörmətli qardaşım Əmir Şeyx Təmimin ağıllı və müdrik rəhbərliyi ilə bir daha bildirirəm ki, Türkiyə hər zaman dostumuz, qardaşımız və müttəfiqimiz Qətərin yanındadır".
Ərdoğan daha sonra deyib ki, Netanyahuya sərt ittihamlar irəli sürüb: "Biz xaosdan və qan tökülməsindən qidalanan terror təfəkkürü və onu təcəssüm etdirən dövlətlə qarşı-qarşıyayıq. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini açıq şəkildə pozan, beynəlxalq hüquqa və qaydalara əsaslanan beynəlxalq sistemə zidd olan bu təfəkkür, törətdiyi cəzasızlıq sayəsində yaşamaqdadır. Son zamanlar bəzi İsrail siyasətçilərinin tez-tez “Böyük İsrail” aldanmasını təkrarladığını görürük. İsrailin qonşu ölkələrə qarşı işğalını genişləndirmək cəhdləri bu məqsədin konkret təzahürüdür. Allahın lütfü ilə İslam dünyası İsrailin ekspansionist ambisiyalarının qarşısını alacaq hikmət və gücə sahibdir. Türkiyə olaraq son illər müdafiə sənayesi sahəsində əldə etdiyimiz uğurları da islam ölkələri ilə bölüşməyə hazırıq...".
Firudin Səfərli
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bakı və Abşeronda yağış yağacaq - Xəbərdarlıq
Bugün, 21:04 GÜNDƏM
-
Vəzifədən azad olunan rəis nazirin müşaviri oldu
Bugün, 18:43 CƏMİYYƏT
-
Şahin Mustafayev İran rəsmisi ilə telefonda danışıb - Nələr müzakirə edilib?
Bugün, 18:01 SİYASƏT
-
“Fənərbaxça”nın prezidenti və qızı Bakıda - Prezident və xanımı ilə görüşüblər + FOTO
Bugün, 17:15 GÜNDƏM
-
Kəmalə Cəfərovanın “Yaşamaq da sənətdir” adlı fərdi sərgisi keçirildi - VİDEO, FOTOLAR
Bugün, 16:56 MƏDƏNİYYƏT
-
Prezident İlham Əliyev və birinci xanım Hərbi Dəniz Qüvvələrində - FOTOLAR
Bugün, 15:09 GÜNDƏM
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:52 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Krala məktub göndərdi - MƏTN
Bugün, 12:00 GÜNDƏM
-
Sabiq nazirin daha bir bahalı evi yarı qiymətə satışa çıxarılıb
Bugün, 11:40 SİYASƏT
-
Nazirlikdən hava ilə bağlı - Xəbərdarlıq
Bugün, 10:08 CƏMİYYƏT
-
Ağdamda traktor minaya düşüb (Yenilənib)
Bugün, 09:42 GÜNDƏM
-
Məşhur aktyor evində öldürülüb? - Narkotik, gözləri, qolları və ayaqları ətrafında qançırlar...
05.09.2026, 23:49 MƏDƏNİYYƏT
-
Türkiyə Super liqası: "Fənərbağça" doğma meydanında uduzdu
05.09.2026, 23:25 İDMAN
-
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
05.09.2026, 15:33 GÜNDƏM
-
Yenicag.az saytının 19 yaşı tamam olur
05.09.2026, 12:34 PRESS
-
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası olacaq
05.09.2026, 11:28 İQTİSADİYYAT
-
Azərbaycan nefti ucuzlaşıb
05.09.2026, 09:25 İQTİSADİYYAT
-
Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək
05.09.2026, 09:07 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
05.09.2026, 00:12 CƏMİYYƏT
-
"Qalatasaray" qalib gəldi
04.09.2026, 23:28 İDMAN
-
Sabunçuda kollektorda qəza - Su çöllük əraziyə axır + VİDEO
04.09.2026, 23:15 CƏMİYYƏT
-
UEFA "Fənərbağça"nın oyunçularını cəzalandırdı
04.09.2026, 21:49 İDMAN
-
İlham Əliyev və Mehriban Əliyeva Xalq artistinin müalicəsini nəzarətə götürüb
04.09.2026, 20:03 GÜNDƏM
-
Azərbaycan Süni İntellekt İnstitutu ilə Ankara Universiteti süni intellekt sahəsində rəsmi və akademik tərəfdaşlığa başlayır
04.09.2026, 19:57 GÜNDƏM
-
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
04.09.2026, 18:05 GÜNDƏM
-
ABŞERON SU İDARƏSİNDƏ YOXLAMA APARILDI: Mikayılov hansı qərarı verəcək?
04.09.2026, 18:05 GÜNDƏM
-
"Trabzonspor"un yeni baş məşqçisi kim olacaq? - Məşhurların adı hallanır
04.09.2026, 17:47 İDMAN
-
Dərnəgül tikinti bazarı hara köçürüləcək? - VİDEO
04.09.2026, 17:34 İQTİSADİYYAT
-
Formula 1 yarışlarına görə bağlanacaq məktəblər...
04.09.2026, 17:23 CƏMİYYƏT
-
"Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul yekunlaşıb" - Məleykə Abbaszadə
04.09.2026, 17:12 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
04.09.2026, 17:00 İQTİSADİYYAT
-
Sabah bəzi rayonlarda leysan olacaq - Xəbərdarlıq
04.09.2026, 16:48 GÜNDƏM
-
"Fənərbağça"nın müdafiəçisi bu klubla anlaşdı
04.09.2026, 16:30 İDMAN
-
İstanbulda 31 vəkil saxlanıldı - 39 vəkil bürosunda isə axtarış aparılıb + SİYAHI
04.09.2026, 16:18 KRİMİNAL