Müğənni Zaur Mikayılova çürük borulardan şikayətləndi: “Qaynar xətt”ə dəfələrlə zəng edib, gəlirlər, sadəcə yamayırlar, amma..."

img

10-09-2025 [17:09]


"Xətai rayonu, Babək prospekti 10 ünvanında “Azərsu”nun *(Su Ehtiyatları Agentliyini nəzərdə tutur - Mia.az) yolda yerləşən su borusu çürüyüb. Boru tez-tez deşilir, su axıb binanın altındakı avtodayanacağa tökülür. Nəticədə qaraj daim suyun içində qalır. Komendant “qaynar xətt”ə dəfələrlə zəng edib, gəlirlər, sadəcə yamayırlar, amma borunu dəyişmirlər. Bir müddət keçəndən sonra yenə eyni hal təkrarlanır".

Mia.az xəbər verir ki, bu məlumatı müğənni Nura Suri paylaşıb.

Onun sözlərinə görə, rəsmi məktub da yazılıb, amma nə məktuba cavab verilir, nə də boru dəyişdirilir:

"Qar və yağış yağanda Azərsunun borularına görə camaat suyun içində qalır, həyatını itirənlər də olur. Amma “Azərsu” buna məhəl qoymur. Bəs hara şikayət edək? Yenə ölkə prezidentinə müraciət edək? Nə etməliyik ki, bu şirkət işini normal şəkildə yerinə yetirsin?".

 

 

Maraqlıdır ki, Agentliyi tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti müğənniyə belə cavab verib: "Hörmətli abonent, qeyd etdiyiniz ünvandakı istismar müddəti bitmiş boru MTK tərəfindən çəkilib və Xidmətimizə aid deyil. Xidmətimizə sakinlər tərəfindən müraciət edilib. Yaxın müddətdə boru yenisi ilə əvəz olunacaq".

Müğənni isə xidmətin bu şərhini təkzib edib: "Binaya quraşdırdığınız sayğacdan sonra bütün problemlər binaya aiddir. Amma söhbət həmin sayğaca qədər gələn borudan gedir. Yəni, bu məsələ “Azərsu”ya aiddir. Bir də ki, biz sakinlər Azərbaycan dövlətinin vətəndaşlarıyıq, vergi ödəyicisiyik və hər ay dövlətə su pulu ödəyirik. Bəs problemimizi kim həll etməlidir?"

Firudin

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:12 10.09.2025

Sabah yağış yağacaq