Mingəçevirdə 16 yaşlı yeniyetmə küçədə bıçaqlanıb - Video (Yenilənib)

img

10-09-2025 [10:03]


Mingəçevirdə 16 yaşlı yeniyetmə küçədə bıçaqlanıb.

Mia.az xəbər verir ki, hadisə Mingəçevirin Təbriz küçəsində baş verib.

Məlumata görə, əvvəlcə 3 yeniyetmə məktəbli arasında mübahisə yaranıb.

Daha sonra isə onlardan biri bıçaqlanıb. Yaralı Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinənlə xəsarət alan şəxs eyni məktəbin şagirdləridir. Onların arasındakı mübahisənin söyüşə görə olduğu iddia edilir. Faktla bağlı araşdırma aparılır.

***

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Faktla bağlı istintaq araşdırmaları aparılır.

Ətraflı “Xəzər Xəbər”in süjetində:

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:12 10.09.2025

Sabah yağış yağacaq