Ağdamda 16 yaşlı qızı zorlayıblar - 4 nəfər saxlanılıb

Ağdamda 16 yaşlı qızı zorlayıblar - 4 nəfər saxlanılıb

KRİMİNAL

10.09.2025, 10:57

Ağdamda 16 yaşlı qızın bir qrup şəxs tərəfindən cinsi zorakılığa məruz qaldığı iddia olunur.

Hadisə rayonun Yuxarı Yüzbaşılı kəndində baş verib.

Zərərçəkən məktəbli qız ailəsinə məlumat verib. Ailə isə hüquq-mühafizə orqanlarına müraciət edib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, Ağdamda 2009-cu il təvəllüdlü qızın cinsi zorakılığa məruz qalması ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən 4 nəfər rayon sakini saxlanılaraq istintaqa təqdim olunub.

Faktla bağlı müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR