HƏMAS-dan İsrailin Dohadakı qərargaha hücumu haqda ilk açıqlama: "5 nəfər ölüb, biri liderin oğludur" (Yenilənib)

img

09-09-2025 [19:01]


İsrailin Dohada HƏMAS-ın danışıqlar üzrə heyətinin olıduğu binaya hava zərbəsində qruplaşma lideri Xəlil əl-Həyyənin ofisi üzrə müdir və oğlu Həmmam əl-Həyyah da daxil olmaqla 5 nəfər həlak olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə HƏMAS Siyasi Bürosunun üzvü Süheyl əl-Hindi Qətərin Əl-Cəzirə televiziyasına açıqlama verib.

Onun sözlərinə görə,  hücumu nəticəsində Xəlil əl-Həyyah və Zahir Cabbar də daxil olmaqla Həmas liderləri sui-qəsd cəhdindən sağ çıxıblar.

***

İsrailin Qətərin paytaxtı Dohada HƏMAS liderlərinin olduğu binaları vurmasını dünyada böyük rezonans doğurub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hücumda HƏMAS liderlərinin öldürülməsi haqqında iddialar yayılsa da, qruplaşma xəbəri təkzib edib.

HƏMASI-ın yaydığı ilk açıqlamaya əsasən, HƏMASI-ın Qəzza üzrə danışıqlar üzrə heyəti İsrailin hücumundan sağ çıxıb, lakin xəsarət alanlar var.

"Əl-Cəzirə" isə bildirib ki, İsrail hücumu Təl-Əviv və HƏMAS arasında görüş anında həyata keçirib.

İsrail mediası isə iddia edir ki, əsas hədəf HƏMAS-ın siyasi lideri Xalid Məşəl və HƏMAS Siyasi Bürosunun sədri Xəlil əl-Hayyan olub.

Samir Musayev
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR