Pakistanlı MBA tələbələri “Ulduz” şokolad fabrikində istehsalat turunda - FOTOLAR

img

09-09-2025 [17:28]


 

Pakistanın Milli Elm və Texnologiya Universitetinin "Executive MBA" proqramı üzrə təhsil alan 27 tələbə və bir professorundan ibarət nümayəndə heyəti Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Ulduz” şokolad fabrikinə istehsalat turu çərçivəsində səfər ediblər.

Mia.az xəbər verir ki, tədbirin ilk hissəsində “Veysəloğlu-Distribusiya” şirkətinin kateqoriya meneceri Elnur Allahverdiyev və “Ulduz” şokolad fabrikinin regional ixrac üzrə mütəxəssisi Seymur Əsədli qonaqlara Veysəloğlu Şirkətlər Qrupunun tarixi, fəaliyyət istiqamətləri, keçdiyi inkişaf yolu, eləcə də “Ulduz” fabrikinin istehsal imkanları və ixrac potensialı barədə ətraflı məlumat veriblər.

Daha sonra tələbələr fabrikdə real istehsalat prosesi ilə yaxından tanış olub, texnoloji xətt üzrə gedişatı izləyiblər. Turun sonunda iştirakçılara “Ulduz” fabrikində istehsal edilən “I love Azerbaijan” premium şokoladları hədiyyə olunub və xatirə şəkli çəkdirilib.

Pakistanlı tələbələr bu səfəri Azərbaycanda istehsal sahəsi ilə tanışlıq baxımından əlamətdar hadisə kimi dəyərləndiriblər. Onlar gələcəkdə Veysəloğlu Şirkətlər Qrupuna daxil olan biznes nümunələri ilə daha yaxından əməkdaşlıq imkanlarını nəzərdən keçirəcəklərini vurğulayıblar.

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:26 25.10.2025

Vətəni niyə sevirik?

12:55 25.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA