Türkiyə yığmasının üzvü "Barselona"nın hədəfində - 70 milyon avro

img

09-09-2025 [11:47]


 "Yuventus"da çıxış edən Türkiyə yığmasının üzvü Kənan Yıldızın qarşıdakı mövsümda dünya nəhənginə transferi gündəmə gəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Barselona" 20 yaşlı Kənan Yıldızı heyətinə qatmaq üçün indidən İtaliya klubunun qapısını döyüb.

Məlumata görə, italyanlar Kənan üçün transfer qiymətinin minumum 70 milyon avro olacağını deyiblər.

Xatırladaq ki, Kənan “Yuventus”da ümumilikdə 86 matçda forma geyinib. O, bu matçlarda 16 qol vurub, 13 məhsuldar ötürmə edib.

Fərid
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR