Türkiyədə FETÖ-yə qarşı növbəti əməliyyat: 41 nəfər saxlanıldı

img

04-09-2025 [14:31]


Türkiyədə FETÖ-yə qarşı növbəti əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu haqda Daxili İşlər naziri Ali Yerlikaya açıqlama erib.

Onun sözlərinə 21 şəhərdə FETÖ-yə qarşı uğurlu əməliyyat baş tutub: "Son 10 gün ərzində Adana, Afyonkarahisar, Aksaray, Ankara, Aydın, Bursa, Çankırı, Dənizli, Ərzincan, Əskişəhər, İstanbul, İzmir, Kayseri, Konya, Nevşehir, Samsun, Şanlıurfa, Tekirdağ, Trabzon, Uşak və Yalovada keçirilən əməliyatla ümumilikdə 41 nəfər saxlanılıb. Onlardan 25-i haqda həbs qətimkan tədbiri seçilib, 7-si barəsində isə ev dustaqlığı qərarı verilib. Digər şübhəlilər barəsində isə istintaq hərəkətlərti davam edir"

Samir MUSAYEV
Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR