Prezident Yusif Səmədoğlu barədə sərəncam imzaladı

img

04-09-2025 [12:42]


Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış ictimai xadim Yusif Səmədoğlunun (Yusif Səməd oğlu Vəkilovun) 90 illiyi qeyd ediləcək.

Mia.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. 

Sərəncama əsasən, Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, 90 illik yubileyə dair tədbirlər planı hazırlayacaq. 

Qeyd edək ki, bu ilin dekabr ayında Yusif Səmədoğlunun 90 illiyi tamam olur.


Digər xəbərlər
SON XƏBƏRLƏR