Dövlət vəsaiti ilə qurulan fond: PR, yoxsa real dəstək? - Osman GÜNDÜZ YAZIR
04-09-2025 [12:11]
Osman GÜNDÜZ
***
“Caucasus Ventures” fondunun rəhbərliyinin son müsahibəsi bir çox suallar doğurub.
Ədalət naminə deyim ki, bu Fond 3 il öncə yarananda, hörmətli nazirimiz ekosistem iştirakçılarını toplayıb onu təqdim edəndə çox sevinmişdik. Xüsusən də vençur maliyyələşmə haqqında qanunun on illər ərzində qəbulu mümkün olmadığı bir vaxtda o zaman belə bir addımın atılması olduqca müsbət dəyərləndirilmişdi.
Gözləntilər çox idi.
Lakin çox təəssüf ki, müəyyən addımlar atılsa da, Azərbaycanla əlaqəli olan xaricdəki startaplara müəyyən yatırımlar olsa da, yerli ekosisteminn inkişafına real dəstək baxımından gözləntilər indiyədək özünü doğrultmayıb.
Eyni zamanda Fondun əsas istiqamətləri ilə bağlı o zaman nazirin dedikləri də hələlik özünü doğrultmayıb .
Adətən Fonda qarşı ictimai təpkilər artanda Fondun rəhbəri, son vaxtlar da bir az bürokratlaşan dostumuz Məmməd bəy tez tələsik özlərinin yaratdığı və Fondun maliyyələşdirdiyi deyilən media qurumunda hansısa bir məlumatlar paylaşardı. Ötən dəfə belə olmuşdu.
İndi isə növbəti ictimai qınaqlar fonunda Azərtac-a müsahibə verib.
Çox dərinə getmək istəmirəm.
Müsahibədən hər şey görsənir. Əsasən xaricdəki startaplara yönəlik addımlar atılıb. Özləri etiraf edirlər ki, Fondun fəaliyyətilə bağlı əvvəlki deyilən istiqaməti dəyişiblər.
Hələlik yerli startap ekosistemin inkişafında Fondun rolu, yerli təşəbbüslərinm dəstəklənməsindəki rolu, indiyədək dəstəklənən layihələrdən əldə olunan nəticələr, uğursuzluq faizinin göstəricisi, dövlət resursu ilə formalaşan Fondun müsbət və ya mənfi təcrübəsinin olması, xaricdə uğur qazanmış azərbaycanlı təsisçilərə yatırım edilməsinin ölkə daxilində ekosistemin inkişafına töhfəsi və s. bu tip sualların cavabı müsahibədə yoxdur.
Dövlət resursları hesabına yaradılan Caucasus Ventures fondunun indiyədək bir ağlabatan hesabatlılığı və şəffaflığı olmayıb.
Amma qlobalda, regionalda dövlət resursları olan bu tip Fondların fəaliyyətinə baxanda biz tamamilə başqa mənzərə ilə rastlaşırıq.
Maraqlısı odur ki, dövlət resursları hesabına formalaşan ilk belə Fondun bir dəfə də olsun ekosistem iştirakçıları ilə görüşü, fikir mübadiləsi təşkil edilməyib.
Belə bir görüşün keçirilməsi təklifi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə (İRİA) bildirilsə də, hansısa səbəblərdən bu qurum da maraqlı tərəflərin iştirakı ilə bu tip görüşü indiyədək təşkil edə bilməyib.
Əslində qonşu ölkələrin təcrübəsinə baxanda görürük ki , onlarda belə Fondlar daha əvvəldən yaranıb və yerli ekosistemlərə milyonlarla yatırımlar edirlər. Bilmirəm Məmməd bəy nəyə əsaslanıb deyir ki bizim Fond Cənubi Qafqazda ilkdir. Amma reallıq odur ki onlarda bu tip vençur fondar çoxdan formalaşıb və dövriyyələri yüz milyonlarladır.
Bizim isə 1-2 milyon dövriyyəsi olan bir “yetim” Fondumuz var, o da ki belə.
Ümid edirəm, İRİA da, Fondun təsisçiləri də, ekosistemimiz də bunların fərqindədir.
P.S.. Mərkəzi Bank rəhbərliyi vençur maliyyələşmə ilə bağlı qanun layihəsinin hazırlanmasının başa çatdırıldığını və razılaşmalara təqdim edildiyini bildirib.
Mia.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub