Ruben Vardanyan Bakıda hakim qarşısında - Zərərçəkmiş şəxslərin ifadələri dinlənilib
02-09-2025 [20:58]
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi sentyabrın 2-də davam etdirilib.
Mia.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.
Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesinə ilk dəfə qatılan zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Sonra məhkəmədə zərərçəkmişlərin hüquqi varislərinin və zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.
Zərərçəkmiş şəxs Ayaz Nəzərovun hüququ varisi – anası Sima Tanrıverdiyeva dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandırarkən bildirib ki, oğlu düşmənin təxribatı nəticəsində Kəlbəcərdə həlak olub.
Zərərçəkmiş şəxs Qərib Qasımovun hüququ varisi – atası Şahbaz Qasımov ifadəsində oğlunun Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində Xocavənddə həlak olduğunu bildirib.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş şəxs Rəvan Cəfərovun hüququ varisi Məhəmmədəli Cəfərov ifadəsində oğlunun Xocavənddə düşmən tərəfindən açılmış atəş nəticəsində həlak olduğunu deyib.
Zərərçəkmiş şəxs Mirzə Ağayev ifadəsində bildirib ki, düşmənin açdığı atəş nəticəsində Xocavənddə yaralanıb.
Digər zərərçəkən Zakir Mirzəyev ifadəsində qeyd edib ki, Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılan əl qumbarasının partlaması nəticəsində Xocavənddə, Qırmızı Bazar istiqamətində xəsarət alıb.
Dövlət ittihamçısı Fuad Musayevin sualını cavablandıran zərərçəkən Asim Musayev qeyd edib ki, Kəlbəcərin Söyüdlü yaylağında mal-qara otararkən düşmən tərəfindən 30-dan çox top mərmisi atılıb, nəticədə o və yanında olan şəxslər yaralanıb, 350-dən çox heyvan isə tələf olub.
Zərərçəkən Atamalı Məlikov ifadəsində bildirib ki, düşmən tərəfindən Xankəndi ərazisində artilleriya atəşinə məruz qalıb, qarın boşluğundan və kürəyindən yaralanıb. Yaralarına görə 6 dəfə əməliyyat olunub.
Zərərçəkən Namiq Həşimov qeyd edib ki, içərisində olduğu təcili tibbi yardım maşını üzərində tanınma işarəsi olsa da, Ağdam istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə tutulub, nəticədə özü və daha 5 nəfər yaralanıb.
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualını cavablandıran zərərçəkən Mədət Sabirzadə ifadəsində deyib ki, düşmənin Xocalıda törətdiyi təxribat zamanı açılan atəş nəticəsində yaralanıb, yanında olan 5 nəfər isə həlak olub.
Zərərçəkən Təhrun Əsgərov ifadəsində vurğulayıb ki, Ağdərə istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan atəş nəticəsində kəllə-beyin travması alıb.
Turan Balaşzadə ifadəsində qeyd edib ki, qardaşı Röyal Balaşzadə düşmən tərəfindən Kəlbəcər rayonu istiqamətində snayper silahı ilə vurulub və o, həlak olub.
Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında zərərçəkən Sadiq Məmmədəli bildirib ki, Kəlbəcər istiqamətində düşmənin açdığı artilleriya atəşi nəticəsində ayağından yaralanıb.
Zərərçəkən Əziz Əzizov ifadəsində deyib ki, o, Xocavənddə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən minaatandan açılan atəş nəticəsində kəllə-beyin travması alıb.
Zərərçəkən Bəhlul Ağayev vurğulayıb ki, Xocavənddə düşmən tərəfindən açılan atəş nəticəsində sol qolundan yaralanıb, bir nəfər isə həlak olub.
Fuad Qurbanlı düşmən tərəfindən açılan atəş nəticəsində Ağdərə istiqamətində yaralandığını, sağ ayağının dizdən aşağı hissəsinin amputasiya olunduğunu, Xəyal Məsimov və Nurlan Rəfizadə minaatandan açılan atəş nəticəsində yaralandıqlarını bildiriblər.
Zərərçəkən Ürfan Məmmədov ifadəsində Xocavəndə düşmənin açdığı artilleriya atəşi nəticəsində çoxsaylı qəlpə yarası və kəllə-beyin travması aldığını, 3 yoldaşının həlak olduğunu söyləyib.
Pərvin Allahverdiyev Xocavəndində düşmənin snayperdən açdığını atəş nəticəsində qolundan yaralandığını, Elsevər Axundov Ağdərədə düşmən tərəfindən atılan minaatan mərmisinin yaxınlığında partlaması nəticəsində qolundan, ayağından yaralandığını, kəllə-beyin travması aldığını diqqətə çatdırıblar.
Zərərçəkən Nemət Bağırov Daşkəsən rayonunun ərazisində düşmən tərəfindən atılan minaatan mərmisinin partlaması nəticəsində Xəyal Süleymanovun və Cavidan Bədəlovun həlak olduqlarını, özünün isə yaralandığını deyib.
Həsən Məhiyəddinli ifadəsində Ağdərə rayonunun Canyataq kəndi ərazisində düşmənin onun içərisində olduğu maşını atəşə tutması nəticəsində yaralandığını söyləyib.
Radim Qaraxanov bildirib ki, Ağdam rayonunda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan atəş nəticəsində xəsarətlər alıb.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkən Hacı Bağırov deyib ki, Ağdərə rayonu ərazisində düşmən tərəfindən atılan minaatan mərmisinin yaxınlığında partlaması nəticəsində o, Nəsimi Hacıyev və Vüsal İbrahimov xəsarət alıblar.
Tural Əzimov və Məhəmməd Bağıyev düşmən tərəfindən açılan atəş nəticəsində Ağdam rayonunda, Həzrət İsmayılov isə Ağdərədə yaralandıqlarını söyləyiblər.
Zərərçəkən Qoşqar Şərbətov ifadəsində qeyd edib ki, Xocavənd rayonunda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan atəş nəticəsində yaralanmış şəxsləri təxliyə edən zaman düşmənin üzərində fərqləndirici nişan olan təcili tibbi yardım avtomobilinə atdığı mərmi nəticəsində xəsarət alıb.
Digər zərərçəkənlər - Nurəli Şıxaliyev, Rasif Məhərrəmov, Məzahir Əliyev, Amin Məmmədov, Cavid Şirvanov, Müslüm Əliyev, Şahin Səfərov, Ümid İbrahimli, Şəhriyar İsgəndərov, Eldəniz Dadaşov, Əmrah Həsənov, Vüsal Abbaslı, Şirin Həşimov, Kənan Sofiyev, Əmir Nəbiyev, Cəmaləddin Mikayıllı və Kənan Mustafayev ifadələrində düşmənin təxribatı nəticəsində xəsarətlər aldıqlarını bildiriblər.
Sonra zərərçəkən Amid Quliyevin elan edilib. Bildirilib ki, düşmənin Xocalı rayonunun Fərrux kəndində, meşəlikdən açdığı atəş nəticəsində hər iki ayağının dizdən aşağı hissəsindən güllə xəsarətləri alıb.
Sonra məhkəmə iclasında zərərçəkmiş şəxslər barəsində olan məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.
Məhkəmənin növbəti iclası sentyabrın 9-na təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur(azertac).
ABŞ-İran danışıqları nə vaxt olacaq? - Ağ Evdən açıqlama
Qəddafinin varisi öldürüldü, yoxsa... - Müşaviri və rəsmi agentlik "hə", ordu isə "yox" deyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-dan İranın hərbi həmləsinə - Reaksiya
Myanmada zəlzələ oldu - 5.9 bal gücündə
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlıq edəcək - Netanyahunun iştirakı ilə memorandum imzalandı
NATO Baş katibi Kiyevdə: "Yerdə qoşunlar, havada reaktiv təyyarələr, Qara dənizdə gəmilər..." - "Qış soyuq ola bilər, amma yaz mütləq gələcək"
Polkovnik və digər iki nəfərin məhkəməsi davam edir
"Gənclərbirliyi"nin keçmiş futbolçusu geri döndü
MEDİA-nın Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib
"Biz heç bir qanunsuz işlə məşğul olmuruq" - Ümid Abuzərli
Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi saxlanılıb
Mədəniyyət naziri ABŞ diplomatı ilə görüşüb
Sosial mediada saxta kredit elanları... - Haker şəbəkəsi zərərsizləşdirildi (DETALLAR)
Azərbaycan Kuboku: təyinatlar bəlli oldu
"Beşiktaş" hücum xəttini gücləndirir - Daha bir transfer xəbəri var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fransada təxminən 4,2 milyon bomj var - Hesabat
Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə gedib - FOTO (YENİLƏNİB)
Dünyanı silkələyən "Epşteyn işi": səfir vəzifədən uzaqlaşdırıldı
Harutyunyan, Qukasyan, Sahakyan, İşxanyan.. - Onlar hakim qarşısına bu tarixdə çıxarılır
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişir - Nələr olacaq? (TƏHLİL)
AQTA yanında İctimai Şuranın sədri vəzifəsinə seçki olub
"Qalatasaray" "Volfsburq"un futbolçusu ilə anlaşdı
"Azercell” “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir
Elmar Məmmədyarov Epşteynlə görüşüb? – Sabiq nazirdən açıqlama
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Ulduz" Şokolad Fabriki KOSHER sertifikatı əldə edib
Aİ ölkələri səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb
"Tiktoker Roşka"nın məhkəmə prosesi təxirə salınıb
"Çatlayın, partlayın, ölün" - Rəqsanə ilə şoumen aparıcı barışdı, izləyiciləri aşağıladılar + VİDEO
Sektor ləğv olundu, "alma ovçusu" yeni vəzifəyə gətirildi
GƏNCƏDƏ SENSASİYALI OLAY: "Kəpəz"in bakılı futbolçusu vuruldu, vəziyyəti ağırdır (YENİLƏNİB)
Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum olub
KREDİT MÜQAVİLƏLƏRİ: banklar sənədləri niyə tələsik imza atdırır?
ÇL-dən milyonlarq azanan "Qarabağ" 100 min avroya futbolçu alıb
AHİK-də daha bir dəyişiklik - Jurnalist vəzifədən niyə ayrıldı?
“Baku Medical Plaza” qanunsuzluq: səhv aparılan sinəkiçiltmə əməliyyatı və...- Cərrah 15 min təzminat ödəyəcək
Bakıya sulu qar və qar yağacaq - Sabahın hava proqnozu
"Mercedes"dən FIA-ya şikayət olunub - Səbəb bəllidir, cavab isə...
"Beşiktaş" afrikalı yarımmüdafiəçi ilə anlaşdı
Polis əməliyyatı: iki nəfər 26 kq narkotiklə tutulub