15 saylı həbsxanaya rəis təyinatı olub

img

02-09-2025 [14:45]


Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsinə yeni rəis təyinatı olub.

Mia.az Qaynarinfo-ya istinadla xəbər verir ki, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə müəssisəyə rəhbərlik Nəsibov Ramiq Zaman oğluna tapşırılıb. 

Ramiq Nəsibov indiyədək Penitensiar Xidmətdə müxtəlif vəzifələrdə çalışıb. O, uzun illər xidmətin əməliyyat şöbəsinin rəisi vəzifəsini tutub.

Qeyd edək ki, bir neçə gün əvvəl 15 saylı cəzaçəkmə müəssisəsinin rəisi Rəşad Əhədov vəzifəsindən azad olunaraq, 9 saylı cəzaçəkmə müəssisəsinin rəisi təyin edilib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA