Təhsilin idarəedilməsində əsas problemlər və çıxış yolları... - Yeni dərs ili ərəfəsində düşüncələr
01-09-2025 [19:30]
Vahid TAĞIYEV
***
Təhsil hər zaman cəmiyyətin diqqət mərkəzində olan və ən çox müzakirə edilən, tənqid olunan sahələrdən biridir. Bəzən bir nəfərlə bağlı neqativ fikir ümumi sistemə aid edilərək bütün təhsil ictimaiyyətinin ünvanına yönəldilir.
Təhsildəki vəziyyət haqqında obyektiv fikir demək üçün bilikli, savadlı olmaq azdır, gərək bu prosesin içərisində olasan. Son dövrlər sosial şəbəkələrdə təhsillə bağlı kütləvi narazılıqlar, hətta təhqiramiz fikirlər artıb.
Bu gün təhsil sistemində - nazirlik, agentlik və regionlarda fəaliyyət göstərən şəxslərin sırasında əyani olaraq, yaxud onlayın tanıdığım, əqidəsinə, şəffaf fəaliyyətinə və vicdanına inandığım, əmin olduğum insanlar var. Ona görə də hamını günahlandırmağı doğru hesab etmirəm.
Bununla belə, hazırda ümumən təhsilin məqsədyönlü şəkildə idarə edilməməsi ciddi narahatlıq doğurur.
Müşahidələr göstərir ki, bir çox uğursuzluqların əsas səbəbi təhsilin idarə olunmasında mövcud boşluqlar və kadrların nəticəyönümlü fəaliyyət göstərə bilməməsidir.

Fikirləşirəm ki, bunların səbəbi isə bir qədər dərinə getsək, yüksək səviyyədə rəhbərliyin heç vaxt etiraf, yaxud müzakirə etmək istəmədiyi yanaşma tərzindədir. Təəssüf doğuran odur ki, bu tərz heç vaxt onlardan gözlənilmirdi, çünki əvvəl hər bir müzakirəyə açıq idilər. Qaldırılan məsələlərə, suallara vaxtında aydınlıq gətirilməməsi, susqunluq nümayiş etdirilməsi narazılıqları daha da artırır.
Ömrünü təhsilə həsr edən bir insan kimi həmişə bu sahənin təəssübünü çəkmişəm. Sosialda təhsil haqqında danışmağın məsuliyyətli olduğunu dərk edərək, təkliflərimi və müşahidələrimi işlədiyim dövrlərdə, zamanla müvafiq şəxslərə çatdırmağa çalışmışam.
Misir müəllim və sonrakı Təhsil nazirlərinə təkliflərlə, açıq məktubla müraciət etmişəm, hər birindən qaldırılan məsələlərə diqqət, səmimi reaksiya görmüşəm.

Görünür, hazırkı şəraitdə bu ənənə qəbul edilmir.
Təhsilin idarə olunmasındakı mövcud problemlər bir daha təsdiq edir ki, ilk növbədə təhsili idarə edənlər, yönəldənlər peşəkar, səriştəli, analtik təhlil qabiliyyətinə malik kadrlar olmalı, xüsusilə həlledici sahədə olan bəziləri mütləq pedaqoji sahəni təcrübədə mükəmməl öyrənənlərin sırasından çıxmalıdır. Bu sahədə uğur qazanmaq üçün idarəçilik bacarıqları ilə bərabər şəxsi keyfiyyətlərə malik, cəmiyyətdə kifayət qədər nüfuz sahibi olmalı, məsuliyyət daşımalı və liderlik keyfiyyətləri nümayiş etdirməlidirlər ki, rəhbərlik etməyə də mənəvi haqları olsun.
Dövlətimiz daim təhsilə, təhsil işçilərinə diqqət və qayğı göstərir. Hazırda yüksək bilik və bacarıqlara malik müəllimlərimiz çoxdur, uğurlu məktəb rəhbərləri, mükəmməl bacarıqlı direktor müavinləri də yetişməkdədir. Eyni zamanda təhsil sahəsində əvvəlki illərlə müqayisədə idarəetmədə sərbəstlik də artıb. Yerlərdə əvvəlki kimi təhsilin idarə olunmasına, kadr məsələlərinə rayon icra hakimiyyəti, digər strukturlar qarışmır, artıq bəhanələr üçün yer qalmamışdır.
Ötən illərdə əzmkarlıqla təhsilin bir çox sahələrində əsaslı, fundamental uğurlar əldə edilmişdir. Ancaq narahatlıq doğurur ki, son zamanlar həmin nailiyyətlər də aşınmaya başlayıb, sabahın uğurlarına inam şübhə altına alınır.

Bu gün məktəblərin öz missiyasından uzaqlaşmasının başlıca səbəblərindən biri təlim-tərbiyə prosesinin məktəbdən kənarda, repetitorluq vasitəsilə həyata keçirilməsidir. İstedadlı şagirdlər daha çox test imtahanlarına hazırlaşmaqla məşğul olduqları üçün məktəb təlim- tərbiyəvi vəzifələrini yerinə yetirə bilmir.
Repetitorluq valideyinlərə ciddi maddi ziyan vuraraq onlara problemlər yaşadır. Bir valideynin yuxarı siniflərdə oxuyan iki övladı 4,5 müəllim yanına hazırlığa gedirsə bunun nə qədər çətinliklər yaratdığını ancaq onlar özü bilir. Belə hazırlıqlar həm də şagirdlərin intellektual inkişafına mane olur və fiziki sağlamlığında fəsadlar yaradır. Nəticədə cəmiyyət üçün vətəndaş yetişdirmək kimi ən mühüm məsələ arxa plana keçir. Bu vəziyyətə aidiyatı, cavabdeh şəxslərin biganə yanaşması heç çürə başa düşülən, qəbul edilən deyil.
Məlumdur ki, idarəetmənin struktur pillələrinin hər birinin öz vəzifələri var. Dövlətin təhsil siyasəti ilə qarşıya qoyulmuş hədəflərə doğru irəliləyişin, gedişatın səviyyəsini vaxtında müəyyən etmək, lazımı tədbirlər görmək baxımından məsuliyyət daha çox təhsili idarə edənlərin üzərinə düşür.
Ancaq müşahidələr göstərir ki, yuxarıdan aşağıya- nazirlikdən regional idarələr də daxil olmaqla idarəetmə strukturunun bütün pillələri təhsildə təlim- tərbiyə prosesinin təşkil vəziyyətini, fəaliyyətin gedişi, real nəticələri vaxtaşırı, peşəkarcasına öyrənməkdə, uğursuzluqların, nöqsanların səbəblərini müəyyən edərək analtik təhlillər aparmaqda, ümumiləşdirməkdə çətinlik çəkirlər. Çünki, ortaya belə sanballı bir material çıxmır.
Ümumiyyətlə, tədris illəri üzrə hansısa fəaliyyət istiqamətlərinin, yaxud prioritetlərin müəyyən edilərək təhsil ictimiyyətinə çatdırılması, elan edilməsi kimi məsələləri son illərdə görmürük. Hədəf nədir, məqsəd nədir, bu prosesin bir sistemliliyi, heykayəsi, ardıcıllığı varmı, yaxud nədir bilinmir.

Hədəflər müəyyən olunmadan, məqsəd elan edilmədən, icra prosesinin gedişini müəyyənləşdirmədən verilən hər hansı göstərişlər də əsaslandırılmamış, effektsiz və nəticəsiz olacaqdır.
Regional təhsil idarələrinin yaranmasını təhsilə kənar müdaxilələrin qarşını almaq, əsil mütəxəsisləri bu sahəyə gətirmək, prosesi inkişafetdirici istiqamətdə qurmaq, məktəblərimizdə təhsilin keyfiyyətini yüksəltmək baxımından çox şanslı bir dövr kimi düşünmüşük. Bir vaxtlar arzusunda olub, lazımı şərait olmadığına, imkan verilmədiyinə görə icra etməyin mümkün olmadığını şəxsən mən regiondan gözləyirdim.
Bəzi müşahidələrimi praktikaya əsaslanaraq bildirmək istəyirəm. Regional idarələr yarananda mənə də rayon təhsil sektor müdiri vəzifəsi həvalə olundu. Yarandığı ilk illərdə regional idarələrdə bacarıqlı kadrların şəffaf seçilməsi kimi çox əhəmiyyətli bir məsələyə uğurla başlanıldı.
Əvvəlki sistemdə nazirlik tərəfindən bütün rayon və şəhərlərdə təhsilin təşkili, prosesin gedişini və problemlərin yaranma səbəblərini öyrənmək, yerli kadrları iş fəaliyyəti zamanı yaxından tanımaq mümkün deyildi. Yəni bunu əhatə etmək, çatdırmaq çətin idi. İndi təhsil müəssisələrinə məsafəcə daha yaxın və çoxsaylı kadrları olan region idarələrinin bu məsələlərlə daha yaxşı məşğul olacağını, səmərəliliyi artıracağını fikirləşirdik. Hətta bu barədə müəyyən təkliflər də vermiş və sosialda geniş işıqlandırmışdım.
Çox təəssüf ki, regional təhsil idarələri məktəblərdə təhsilin təşkilinin real vəziyyətini yerində öyrənmək, kadrları iş prosesində yaxından tanımaq, nəticələri ətraflı müzakirə edərək peşəkar yanaşmalarla fəaliyyətini lazımı səviyyədə təşkil edə bilmədi.

Çünki, məktəbin fəaliyyəti fundamental, hərtərəfli araşdırılmır, kadrların səviyyəsi nəzərə alınmır, nöqsanlar rayonlar, regionlar üzrə ümumiləşdirilmir və sanballı bir fəaliyyət istiqaməti müəyyən edilmir. Mövcud, real vəziyyətlər rayonlar, regionlar üzrə, cavabdeh şəxslərin iştirakı ilə müzakirə olunmur. Hərdən keçirilən hesabat xarakterli iclaslarda isə səbəb, nəticələr və onlarla bağlı meydana çıxan vəziyyət əlaqələndirilib müzakirə mövzusuna çevrilmir, inkişafetdirici istiqamətdə təklif, tövsiyə verilmir.
Region idarələri yalnız kargüzarlıqla məşğul olan, statistik rəqəmlərlə hesabatlar hazırlayan quruma çevrildi. Şəxsən mənim bu vəziyyət barədə nazirliyin məsul şəxsləri və region rəhbərliyi ilə diskusiyalarım olub, narahatlığımı çatdırmışam. Onların hər birindən özümə qarşı həmişə böyük diqqət və hörmət görmüşəm. Buna baxmayaraq belə vəziyyətdə bildirdim ki, rayon təhsil sektorunun müdiri hazırda texniki işçi vəziyyətindədir, təhsil prosesinin təşkili, gedişi ilə maraqlana, hər hansı yaradıcı bir fəaliyyətlə məşğul ola bilmir. Ona görə sektor müdirliyindən imtina etdim və aparıcı məsləhətçi vəzifəsində fəaliyyətimi davam etdirdim. Bir il sonra isə qalıb işləməyim təkidlə istənilsə də, yaş həddim çatdığına görə 20 ilin dövlət qulluqçusu kimi təhsildən ayrıldım. Yeri gəlmişkən böyük bir tədbirlə, hörmətlə yola salındığıma görə minnətdaram!
Bunları ona görə ətraflı qeyd edirəm ki, heç bir şəxsi narazılığım yoxdur və olmayıb. Buradakı fikirlərim də həmişə olduğu kimi ümumi mənafe baxımındandır, gələcəyimiz və övladlarımız naminədir.

Təhsil müəssisələrində ancaq nöqsan axtarışı, cəza verilənlərin və işdən azad edilənlərin daha çox sayını elan etmək sahəsində sanki bir yarış başlayıb. Yəqin bununla cəmiyyətə nöqsanları düzəldirik, operativ işləyirik mesajını ötürmək istəyi var. Təhsil müəssisələrində tutulan iradlar da, əsasən texniki məsələlərdir.
Lazımsız kargüzarlıq bütün təhsil sistemini elə məşğul edir ki, təhsilin keyfiyyətyönümlü, şagirdyönümlü fəaliyyəti barədə yaradıcı şəkildə düşünməyə, fəaliyyət göstərməyə kifayət qədər vaxt belə qalmır. Kimi dindirirsən deyir ki, məlumat hazırlayıram, kargüzarlıq işləri ilə məşğul olmaqdan, bu barədə hesabatlar verməkdən baş qaşımağa belə vaxtı yoxdur...

Doğrudan da region və məktəblərdə sıx iş qrafiki ilə çox böyük əmək, zəhmət sərf olunur. Ancaq bunların heç birinin məktəblərimizdə təhsilin, tədrisin keyfiyyətinin yüksəldilməsi ilə birbaşa əlaqəsi yoxdur.
Nazirliyin nə işlə məşğul olduğunu onsuz da görmürük, bilmirik. Ancaq onların da fəaliyyətinin nəticəsi özünü regionlarda ifadə edir.
Əlbəttə, region idarələrində bacarıqlı müxtəlif şəxslərin fəaliyyətini yaxşı mənada istisna olaraq qeyd etmək lazımdır, ancaq aydındır ki, istisnalarla ümumi inkişaf təmin edilə bilməz.
Mövzu geniş və çoxşaxəlidir, qeydlərim müşahidələrin yalnız bəziləridir. Yuxarda qeyd olunan istiqamətlərdə fikirləri ümumiləşdirməyə çalışaraq aşağıdakıları bildirirəm.
TƏHSİLİN İDARƏ EDİLMƏSİNDƏ ƏSAS PROBLEMLƏRİ VƏ ÇIXIŞ YOLLARINI AŞAĞIDAKI KİMİ GÖRÜRƏM:
1. İdarəetmədə peşəkar kadr problemi var. Təhsil nəzəriyyəsini praktikada tətbiq etmiş, təhsilin fəlsəfəsinin mahiyyətini duyan, pedaqoji təcrübəsi zəngin olan və liderlik keyfiyyətlərinə malik kadrların yüksək səviyyədə idarəetmə strukturlarında olmaması və az sayda olan belə kadrların isə özünü həlledici mövqedə, məqamda göstərə bilməsinə şərait yaradılmaması ciddi boşluq yaradır;
2. Təhsil sistemində rəhbər, idarəedici, lider səviyyəsinə yüksələcək kadların yetişdirilməsi qayğısına qalınmır. Təhsilə rəhbərlik etməli olan peşəkar, nüfuzlu kadrların təcrübədə, fəaliyyət prosesində formalaşması üçün hazırkı idarəetmə strukturunda lazımı işgüzar mühit yoxdur. Hətta, liderlik keyfiyyətinə malik, bacarıqlı, yaradıcı düşüncəli pedaqoji kadrlar kifayət qədər dəyərləndirilmir, bəziləri də təhsildən uzaqlaşmaq zərurətində qalır. Kadr seçimində əsas meyar nədir, hansı prinsiplər əsas götürülür qeyri- müəyyənlik vardır...
Ancaq əminəm ki, seçim təmənnasızdır, şəxsi tanışlıq, özünə yaxınlıq əsas rol oynayır.
3. Növbəti tədris ilinin başlanmasına bir neçə gün qalır. 2025- 2026- cı tədris ilinin prioritet istiqamətləri hansılardır?
Resbublika üzrə təhsil sahəsində fəaliyyətin ümumi və prioritet istiqamətləri illik və çoxillik olmaqla, hədəflər aydın şəkildə göstərilməlidir, bunlar yerlərdə ətraflı öyrənilməli, müzakirələr aparılmalıdır;
Fəaliyyət istiqamətləri müəyyən edilərkən təhsil siyasətinin əsas ideya və prinsipləri diqqət mərkəzində saxlanılmaqla yanaşı müşahidə olunan mövcud nöqsanların səbəbləri və aradan qaldırılma yolları, kollektivlərdə qabaqcıl iş təcrübələrinə diqqət yetirilməsi, onlara stimul verilməsi və s. kimi məsələlər də peşəkar təhlil yolu ilə ümumiləşdirilərək nəzərə alınmalıdır.
4. İdarəetmədə təşəbbüskarlıq əvəzinə formal hesabatçılığın üstünlük təşkil etməsi aradan qaldırılmalıdır. Təhsilin real vəziyyəti və gələcək hədəfləri ilə bağlı konfranslar, geniş müzakirəli tədbirlər keçirilmir. Son illər ənənəvi sentyabr konfranslarında heç bir peşəkar təhlillər, nöqsanların səbəbləri, qarşıda duran vəzifələrdən danışılmır. Təhsil prosesinin iştirakçılarının özü fəaliyyətinin hansı səviyyədə olduğunu aydın bilmirlər, nəticədə fəaliyyətlərini də hansı hədəflərə doğru yaradıcı qurmaq barədə düşünməli olmurlar. Halbuki, kifayət qədər bacarıqlı kadrlar var.
Hər zaman kimin nazir, kimin idarə rəisi olmağından asılı olmayaraq təhsil sistemində zəruri ehtiyac olaraq nəzərə alınmalıdır:

Səriştəli insanların, təcrübəli peşəkarların - hazırda sistemdə işləyən və kənarda olan yaradıcı mütəxəsislərin təklifləri, rəyləri dinlənilməli, təşəbbüslə çıxış etməsinə şərait yaradılmalı, geniş və şəffaf şəkildə müzakirələr, işgüzar diskusiyalar təşkil olunmalı, ictimaiyyətə açıq olmaqla mövcud vəziyyət və zamanla meydana çıxa bilən problemlərdən düzgün çıxış, həll yolları müəyyən edilməlidir. Bununla, həm də təhsilin aparıcı qüvvələri bir beyin mərkəzi kimi fəaliyyət üçün səfərbər olunar.
5. Təhsil sistemi daxilində bir- birinə inamsızlıq və güvənsizlik vardır. Bu, insanların sərbəst, yaradıcı fəaliyyətinə mane olur.
Belə ki, təhsilin idarəetmə pillələrində kadrlar təşəbbüslə çıxış etmək, yeniliklər gətirmək, yaradıcı fəaliyyət göstərmək əvəzinə sanki daha çox üst qurumdan özünü qorumaq düşüncəsi hökm sürür. Hamı səmərəli fəaliyyət göstərmk əvəzinə tədrisin keyfiyyətinə aid olmayan məlumat, hesabat verməklə məşğuldur. Toplanan məlumat, hesabatlar da heç vaxt pedaqoji fəaliyyətin sonrakı mərhələsinə xidmət edən tövsiyə, təlimat və göstərişə çevrilmir.
Kadrlara verilən dəyər, qiymət də əsasən bu sorğulara operativ cavablara əsaslanır.
Məktəbin müəllimləri, müavinlər başda olmaqla bütün işçilər məktəb direktoruna inanmalıdır, hər bir şəxs rəhbərliyin onun fəaliyyətinə veriləcək düzgün dəyərə əmin olmalıdır.

Məktəb rəhbərləri, xüsusilə bütün varlığı ilə təhsilin inkişafına çalışan, can qoyan, məsuliyyətli məktəb direktorlarının fəaliyyətinə düzgün qiymət verilməlidir ki, onlarda güvənlik hissi yaransın, kollektivi daha inamla, əzmkar və yaradıcı şəkildə idarə edə, fəaliyyətə yönəldə bilsin. Məktəb direktorları elə əhəmiyyətsiz, texniki məsələlərlə sıxışdırılır ki, onları ruhdan salmaqla bərabər əsas məqsəddən də yayındırır, həmişə lazımsız stres, gərginlik yaradır. Belə iş metodu narahatlıq doğurur.
Müşahidələrdən hiss olunur ki, nazirlik sistemindən region təhsil idarələrinə də məktəb rəhbərlərinə olan oxşar mübasibət göstərilir. Heç kim bu məsələləri yüksək səviyyədə qaldıra bilməsə də, normal iş ahənginə mənfi təsir etdiyi, yəqin ki, qaçılmazdır. Sistemdə bir- birinə inam və güvən olmalıdır.
6. Təhsildə real vəziyyəti, problemləri bilmədən, görmədən, etiraf etmədən onları aradan qaldırmaq mümkün deyil. Bu, təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən bütün məsələlərə aiddir. Necə ki, analiz olmadan xəstəliyin səbəbi, gedişi və nəticələrini öyrənmək mümkün deyil. İndiyənə qədər heç vaxt bütün ümumi təhsil məktəblərinin fəaliyyəti sistemli, hərtərəfli şəkildə öyrənilməyib, real vəziyyətin diaqnostikası aparılmayıb. Əlbəttə, yerində olmayan, təsadüfi kadrla zamanla çox olub. Ancaq təhsil prosesinin mahiyyətini, idarəçiliyi bilməyən ayrı- ayrı şəxslərin qeyri- müəyyən yanaşması ilə təcrübəli bir direktorun, pedaqoji kollektivin fəaliyyətinə qiymət vermək də doğru deyil.
Təhsil sahəsində nöqsanlar düzgün diaqnoz və analitik yanaşma ilə müəyyən edilərsə, optimal həll yolları da tapmaq mümkün olar.
Təhsil müəssisələrində vəziyyəti müəyyən etmək yalnız yoxlama, cəza vermə prinsipləri ilə deyil, real şərait kollektivlərin iştirakı, onların fikirlərinə diqqət, hörmət yetirilərək öyrənilməlidir. Bunnları müxtəlif formalarda aparmaq olar...
Bəlkə də çox sadə olan bir təcrübəni xatırlayıram...
İllər öncə metodik kabinetin direktoru işlədiyim zaman rayon müəllimlərinin pedaqoji sahədə ehtiyac və tələbatını öyrənmək üçün 45 sualdan ibarət sorğu aparmışdım. Rayon müəllimlərinin 95 faizinin iştirak etdiyi sorğuda onlara verilmiş vərəqdəki pedaqoji fəaliyyətə aid suallara bir neçə sözlə səmimi cavab istənilirdi ki, hansını bilirsən, hansını qismən bilirsən və hansı məsələni öyrənməyə ehtiyacınız vardır? Cavabları qruplaşdırıb müəllimlərin pedaqoji, metodiki sahədə daha çox nəyə ehtiyacı və tələbatı olduğunu müəyyənləşdirib aidiyyatı üzrə nazirliyə göndərdim, bir çox rayonlarda da bu təcrübədən istifadə edildi. Müəllimlərin təlim kurslarında bu materiallar nəzərə alındı.
7. Sosiallıq, ictimaiyyətlə operativ əlaqənin olması çox geniş əhatə dairəsi olan təhsil sistemində idarəetmə üçün vacib və əhəmiyyətli bir məsələdir.
Çox da uzaq olmayan yaxın illərdə Təhsil Nazirliyinin məsul şəxslərinin rəhbərliyi ilə sosialdan bütün narazılıq, təkliflərin diqqətlə dinlənilməsi, insanlarda inam, güvən hissinin yaradılmasının yüksək səviyyədə, örnək bir formada təşkili unudulmayıb. Bu hansı bir formadasa bərpa olunmalıdır.
Təhsil ictimaiyyəti, istərsə də hər bir vətandaşımız ictimai nəzarət prosesində onların xüsusi yeri olduğunu hiss etməlidir. Təhsilimizin uğurlarını müdafiə etməli, dəstəkləməli, nöqsanlara qarşı barışmaz olmalıdır. Bunun üçün isə insanlar təhsildə gedən proseslərdən məlumatlı olmalı, obyektivliyə inanmalıdırlar.
YEKUN OLARAQ:
Bu gün Azərbaycan dünyanın nüfuzlu dövlətlərindən biri olaraq öz tarixinin ən şanlı dövrünü yaşayır. Dayanıqlı, uğurlu gələcəyimiz təhsilimizlə bağlıdlr. Niyə biz dünyaya öz təhsil birendimizlə çıxmayaq. Bunun üçün insan kapitalı, siyasi iradə, maddi imkanlar və bütün resurslar yetərincədir. Qalır bunları düzgün dəyərləndirmək.
Bir daha qeydlərimi ümumiləşdirərək hesab edirəm ki, təhsil sahəsinin idarəetmə strukturunun zamanla hansı formatda dəyişməsindən asılı olmayaraq onu idarə edənlər həmişə düzgün müəyyən edilmiş hədəflərə doğru təhsil müəssisələrində işin təşkili, fəaliyyətin gedişi və əldə olunan nəticələri vaxtında, obyektiv qiymətləndirməyi bacarmlı, onu inkişafetdirici istiqamətdə, daim irəli çəkən canlı "lift mexanizmi" rolunu yerinə yetirməlidir.
Yeni dərs ilinin başlanmasına bir neçə gün qalır. Şərəfli, strateji və bütün sahədə gələcək həyat səviyyəmizi müəyyən edən təhsilimizin inkişafı yolunda hamıya uğurlar arzulayıram!
MİA.AZ
Dərslər başlayıb
"İcazə verməyəcəyik" - Vəliəhd Məsud Pezeşkiana söz verdi
RƏSMİ TEHRAN ABŞ-a ƏL UZATDI: "Trampla eyni fikirdəyik, o, düz deyir" - "Bizi ABŞ-la müharibəyə cəlb etməyə çalışırlar"
Tramp: "Kuba yenidən azad olacaq"
İraq parlamenti prezidenti yenə seçə bilmədi - Təxirə salındı
İRANA HÜCUM QƏRARI VERİLMƏYİB: "Bizimlə danışıq gedir" - Hindistan İrana arxa çevirdi, Tramp Çinə mesaj verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Azəriqaz”ın əməkdaşı döyülüb? - AÇIQLAMA
"Sən mənim haqqımda əxlaqsız söz deyirsənsə, deməli..." - Aparıcı Akif Nağıya elə mesajlar verdi ki...
15 min maaş alan müavin 19500 manat maaşı olan sədrindən danışmaqdan yayındı: "Heç belə bir məsələni soruşarlar?" - "Sualı Vəliyə, Turala verin"
Biləcəridən Ermənistana Rusiya taxılı daşıyan qatar yola düşüb
Xamenei: "ABŞ-ın hücumu tammiqyaslı regional münaqişəyə çevriləcək"
Sayğacda göstərici başqa, borc başqa... - Sakinə 495 manat artıq qazpulu yüklənib + VİDEO
Ağsuda ağır yol qəzası: dörd nəfər xəsarət alıb
Qazi 63 yaşlı anasını öldürdü, gəlini bıçaqladı, daha sonra isə... - Goranboyda dəhşətli hadisə (VİDEO, FOTO) - Yenilənib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Prezident İlham Əliyev Pezeşkiana zəng etdi: "Azərbaycan gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır"
İranın iki bölgəsində güclü partlayış: 5 nəfər həlak olub - Generala sui-qəsd edlib?
“Karvan-Yevlax”ın icraçı direktoru: “Buraxılmış səhvlər təkrarlanmayacaq” - Yevlaxda yeni stadion tikilir
Biznesdə yeni trend - Çinarə Ağayeva freelance və gig-iqtisadiyyatdan danışır: "Daimi iş" anlayışı dəyişir”
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Sabah hava necə olacaq? - Proqnoz
Süleyman Mikayılov getdi, bəs İcra Hakimiyyətinə kim rəhbərlik edir?
Türkiyədə daha bir məşhur aparıcı saxlanılıb - Narkotik ittihamı ilə
“Karvan-Yevlax” azarkeşlərin üzünü güldürəcəkmi? - Baş məşqçi: “Futbolçularım fərdi səhvlər buraxır” (VİDEO)
Bakı - Brüssel: vazkeçilməz ittifaq...- TƏHLİL
Ağdamda ər arvadını baltalayıb
Bakıda Xalq artistinin oğlu döyülüb
Azərbaycan neftinin qiyməti 73 dolları ötüb
WUF13-lə bağlı iclas - Dünya parlamentlərinə çağırış olunub
Rəsulzadənin anadan olmasından 142 il ötür
Leyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşdü
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hikmət Hacıyevdən İranla bağlı açıqlama: "ABŞ-nin mümkün zərbəsi..." - "Azərbaycan özünü iki qlobal münaqişə arasında hiss edir"
TRAMPDAN TEHRANA DAHA BİR XƏBƏRDARLIQ: "Çoxlu gəmi göndəririk, əgər razılaşma əldə etsək..."
Prezident onları mükafatlandırdı - SİYAHI +FOTOLAR (YENİLƏNİB)
İcra başçısı vəzifədən niyə azad edildi? - Maraqlı iddia yayıldı
16 İLİN İCRA BAŞÇISI YOLA SALINDI - Prezident sərəncam imzaladı
Hacıqabulda palçıq vulkanı püskürüb
Livakoviçin yeni klubu bəlli oldu
Xələf Xələfov Pakistanda XİN başçısı ilə görüşüb - Müzakirə + FOTO
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
Ərdoğan İran XİN başçısı ilə görüşüb