Yardımlıda əməliyyat: iki nəfər saxlanıldı

img

29-08-2025 [13:55]


Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı 43 yaşlı İqbal Sahratov və əvvəllər məhkum olunmuş 38 yaşlı Dadaş Kazımov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Mia.az-a verilən məlumata görə, həmin şəxslərdən 6 kiloqram narkotik vasitə olan marixuana aşkarlanıb.

Araşdırmalarla onların narkotik vasitələri maddi qazanc müqabilində şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdikləri müəyyən edilib. Saxlanılan şəxslər ifşa olunmamaq üçün narkotikləri Yardımlı rayonunda yerləşən çətin relyef şəraiti olan ərazilərdən keçirərək paytaxta göndərməyi planlaşdırıblar. 

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA