Beynəlxalq axtarışda olan 9 İŞİD üzvü tutulub - İstanbulda

img

28-08-2025 [12:16]


İstanbulda terror təşkilatı İŞİD-ə qarşı uğurlu əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İstanbul polisi məlumat yayıb.

Bildirilib ki, qırmızı xətlə beynəlxalq axtarışda olan 9 İŞİD üzvü İstanbulda qandallanıblar: "Əməliyyatda İŞİD-lə əlaqəsi olan və Tacikistanın tələbi ilə "silahlı terror təşkilatına üzv olmaq" iddiası ilə İnterpol tərəfindən qırmızı xətlə axtarışda olan L.Y.-nin də aralarında olduğu 9 şübhəli saxlanılıb. Onların yaşadıqları ünvanlarda axtarışlar zamanı sənədsiz tapançalar, 118 min türk lirəsi, 12 min 500 dollar, 2 min avro, 17 qram qızıl və çoxlu sayda rəqəmsal materiallar ələ keçirilib. Faktla bağlı araşdırma davam edir"

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA