British Council və PAŞA Bank jurnalistlər üçün yeni təlim proqramı elan ediblər

img

30-08-2014 [00:30]



British Council və PAŞA Bank, Böyük Britaniyanın Thomson Foundation təşkilatının dəstəyi ilə məmnuniyyətlə jurnalistlərin peşəkar inkişafı üçün nəzərdə tutulmuş növbəti xüsusi təlim proqramını elan ediblər.

Layihənin məqsədi xüsusi hazırlanmış müfəssəl təlim proqramı vasitəsilə milli mətbuata (televiziya, çap və elektron mətbuat) peşəkar bilik və səriştənin artırılmasında kömək etməkdir.

2014-cü ilin noyabr ayından başlayaraq keçiriləcək təlimlərdə iştirak etmək üçün 10 iştirakçı seçiləcəkdir. Təlimlər zamanı ən fəal və tam davamiyyəti olan iştirakçılar Böyük Britaniyada "Thomson Foundation” təşkilatı tərəfindən təşkil edilmiş Təlim proqramında iştirak edəcəklər. Layihə çərçivəsində iştirakçılara biznes jurnalistika təlimi ilə yanaşı ayrılıqda ingilis dili kursları da keçiriləcəkdir.

Müraciət üçün son tarix 27 sentyabr 2014-cw ildir.  Əlavə məlumatı http://www.britishcouncil.az/events/biznes-jurnalistika-layih%C9%99si linkindən əldə etmək olar.

Biznes Jurnalistika Layihəsi
www.britishcouncil.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:00 02.08.2025

Vətənə xidmət...