Mikayıl Cabbarovun bacanağı yüksək posta iddialıdır - Zakir İbrahimovla bağlı maraqlı iddia yayıldı

img

12-08-2025 [17:32]


Yaxın vaxtlarda “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimovun ekologiya və təbii sərvətlər naziri vəzifəsinə təyin olunması gözlənilir.

Mia.az demokrat.az-a istinadən xəbər verir ki, Zakir İbrahimovun namizədliyi ilə bağlı yaxınları tərəfindən müzakirələr aparılıb.

Qeyd edək ki, 2025-ci ilin fevral ayından bəri ekologiya və təbii sərvətlər naziri postuna təyinat yoxdur.

Sabiq nazir Muxtar Babayev həmin tarixdə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin olunub.

Mia.az onu da bildirir ki, Zakir İbrahimov İqtisadiyyat naziri Mikayıl Cabbarovun bacanağı, Əqli Mülkiyyət Agentliyinin sədri Kamran İmanovun isə qızının həyat yoldaşıdır.

Yeri gəlmişkən, Muxtar Bbayevdən boşalan Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılovun da adı hallanır.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA