Özbəkistan universitetlərinin tələbələri “Ulduz” Şokolad Fabrikində istehsalat təcrübəsində iştirak ediblər - FOTOLAR
11-08-2025 [17:08]
Özbəkistanın aparıcı ali təhsil müəssisələrinin tələbə və müəllim heyətindən ibarət nümayəndə heyəti Bakıya səfərləri çərçivəsində “Ulduz” Şokolad Fabrikində istehsalat təcrübəsində iştirak ediblər.
Mia.az xəbər verir ki, onlar müəssisənin fəaliyyət istiqamətləri, istehsal həcmi, məhsul çeşidləri, beynəlxalq əməkdaşlıq layihələri, keyfiyyətə nəzarət mexanizmləri və beynəlxalq sertifikatlaşdırma prosesi ilə tanış olublar. İştirakçılar istehsal sexlərində gedən prosesləri izləyərək şokoladın hazırlanma mərhələlərini yaxından görmək imkanı qazanıblar.
Bu səfər Mərkəzi Asiya Universitetinin təşkilatçılığı ilə Daşkənddə keçirilmiş “Biznes Keys” müsabiqəsinin 2025-ci il qalib komandaları üçün həyata keçirilən təcrübə mübadiləsi proqramı çərçivəsində baş tutub. Proqram müddətində nümayəndə heyəti Azərbaycan dövlət və özəl sektorunun, eləcə də ali təhsil müəssisələrinin aparıcı nümayəndələri ilə görüşlər keçirib, paytaxtın tarixi və mədəniyyət abidələri ilə tanış olub.
Görüş zamanı Veysəloğlu Şirkətlər Qrupunun Korporativ Kommunikasiyalar direktoru Sənubər Nəzərova Şirkətlər Qrupunun tarixi, missiyası, vizionu, əsas dəyərləri, 30 illik fəaliyyət ərzində əldə etdiyi nailiyyətlər və gələcək hədəfləri barədə təqdimatla çıxış edib, tələbələrin suallarını cavablandırıb.
Daha sonra “Ulduz” Şokolad Fabrikinin icraçı direktoru Kazım Babayev və ixracat mütəxəssisi Seymur Əsədli çıxış edərək fabrikin regional əməkdaşlıq imkanları, keyfiyyətə nəzarət və beynəlxalq sertifikatlaşdırma istiqamətindəki nailiyyətlərini qonaqlarla bölüşüblər.
İstehsalat təcrübəsinin sonunda xatirə fotosu çəkilib.
"Liverpul"da baş məşqçi ilə hücumçu arasında gərginlik böyüyür - Salah heyətə daxil edilməyib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə və Macarıstan arasında 16 müqavilə imzalandı
Azərbaycan və Slovakiya prezidentləri görüşdü, mühüm mesajlar verildi - FOTOLAR (Yenilənib)
Prezident Bratislavada Devin qəsrində olub - FOTO
İsrail Qəzzanı yenidən vurub - Ölənlər var
Macarıstan Baş naziri: "Türklər bizim kimidir, bilirlər ki..."
İlham Əliyev Slovakiyada - FOTOLAR (Yenilənib)
Çempionlar Liqası: "Qalatasaray" "Monoka" ilə "döyüş"ə gedib
Prokurorluqdan əməliyyat - DSX-nin kapitanı həbs edildi
Dövlət qulluğu ilə bağlı yeni əmr imzalanıb
Baş nazir daha bir qərar imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Çempionlar Liqası: hansı oyun hansı kanalda? - SİYAHI
Əli Əsədov onlara vəzifə verdi - Dəyişiklik
Müğənni Dəniz Əsədovanın məhkəməsi başlayır - DETALLAR
"Samsunspor"un oyunçusunun maşını belə yandı - FOTOLAR
Sumqayıtda kirayə məznillər satışa çıxdı - Aylıq 347 manatdan
Federasiya prezidenti tutuldu - 4 milyonluq qalmaqal + TƏFƏRRÜAT
Bu axşam “Nar”da böyük həyəcan – 7-ci avtomobil sahibini tapır!
Türkiyə futbolunda qumar: 37 şübhəli məhkəməyə sövq edldi
"Fənərbağça"da daha bir oyunçu heyətdən kənarlaşdırılıb
Antaliyada ard-arda zəlzələ - Professordan xəbərdarlıq
Türkiyədə daha bir zəlzələ olub - 4.9 bal gücündə
Venesuela 400 mindən çox canlı qüvvəylə ABŞ-ın hücumuna hazırlaşır - Daha 5600 yeni əsgər and içdi
NAZİRLƏR BİR ARADA: "Biz də İlham Əliyevi İranda səbirsizliklə gözləyirik" - "3+3" formatı regionda sülh üçün mühüm rol oynayır"
Zelenski planı necə oxumaya bilər? - Elxan ŞAHİNOĞLU YAZIR
Ceyhun Bayramov İran XİN başçısı ilə görüşüb - Açıqlama + FOTO
Sabah hava necə olacaq? - Açıqlama
"İndi həmin binanın birinci mərtəbəsi restorandır..." - Yazıçı Anar Zərdabinin heykəlinin yerinin dəyşilməsini istəyir
Prezident baş icraçı direktoru qəbul edib
Bərdədə 4 nəfər qidadan zəhərlənib
İranın xarici işlər naziri Bakıda şəhidlərin xatirəsini anıb - FOTO
Bakıda yeniyetmələr tutulub