Rövnəq Abdullayevdən Sadıq Sadıqova xəbərdarlıq

img

27-08-2014 [12:39]


Avropa Liqasının pley-off mərhələsində "Partizan"la qarşılaşan "Neftçi" ilk oyunda böyük şansı əldən verdi. Matçın əvvəlində 2:0 hesablı üstünlük əldə edən təmsilçimiz hesabı qorumaqla cütün taleyini böyük ölçüdə həll edə bilərdi. Amma bunu bacarmayan Böyükağa Hacıyevin yetirmələri 3 qol buraxıb məğlub oldu


Həmin oyunun qumara qoyulması ilə bağlı bir neçə gün əvvəl məlumat vermişdik.

Məlumat üçün xatırladaq ki, Türkiyədə qarşılaşmanın ilk yarısının heç-heçə bitəcəyi və ikinci yarıda "Partizan"ın qələbə qazanacağı ilə bağlı xəbərlər yayılmış, hətta bu varianta pul qoyuluşu edənlər də olmuşdu. Xəbərdə bildirilirdi ki, "Neftçi" bukmeker kantorları ilə anlaşaraq nəticəni onların istədiyi kimi müəyyənləşdirib.

Piasport.az-a verilən məlumata görə, artıq bu barədə Rövnəq Abdullayevə də xəbər çatıb. Bildirilir ki, "Neftçi"nin baş sponsoru SOCAR-ın və AFFA-nın preztidenti buna görə çox əsəbiləşib. "Neftçi"nin yenidən qrupa düşməsi futbolumuzun rəhbəri üçün böyük uğurdu. O, bununla ölkə rəhbərliyi yanında əlavə üstünlük qazanacaq, "2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın uğurla həyata keçirildiyin deyə biləcəkdi.

Amma "Neftçi" rəhbərliyinin bu hərəkəti AFFA başçısını əsəbiləşdirib. Mənbə iddia edir ki, "Neftçi"nin prezidenti Sadıq Sadıqova zəng edən Abdullayev onu yaxşıca danlayıb. Abdullayev hətta yaxın qohumuna xəbərdarlıq edib və komanda qrup mərhələsinə düşməsə vəzifəsini itirməli olacağını deyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA