TRAMP TÜRKİYƏYƏ DƏ GÖMRÜK TARİFİ TƏTBİQ ETDİ - Suriyaya isə....

img

01-08-2025 [09:07]


ABŞ prezidenti Donald Tramp bir sıra ölkələrə əlavə gömrül tarifi tətbiq edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Trampın imzaladığı fərmana əsasən, Türkiyəyə 15% əlavə gömrük rüsumu tətbiq olunub.

Bununla da Türkiyədən ABŞ-a satılan bütün məhsullara bundan sonra 15 faiz tarif yükü əlavə ediləcək.

Qərar yeddi gün içində qüvvəyə minəcək.

Tramp Türkiyə ilə yanaşı, başqa ölkələrə də oxşar gömrük rüsumları tətbiq eləyib. 

Bu barədə mzalanan fərmanda ən yüksək rüsuma məruz qalan ölkələr siyahısına Suriya başçılıq edir: "ABŞ bundan sonra Böyük Britaniyadan 10%, İsveçrədən 39%, Hindistandan 25%, İsrail və Yaponiyadan 15%, Cənubi Afrikadan 30%,  Suriyadan isə 41% əlavə gömrük rüsumu alacaq".

Samir MUSAYEV
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR