Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini bərpa edir

Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini bərpa edir

CƏMİYYƏT

18.07.2025, 13:50

Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini bərpa edir.

Mia.az xəbər verir ki, bu barədə Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, İran ərazisindən keçməklə iyulun 19-dan Bakı-Naxçıvan, iyulun 20-dən isə Naxçıvan-Bakı reysləri sərnişinlərə əvvəlki qrafikə uyğun olaraq xidmət göstərəcək.

Qeyd edək ki, Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar təhlükəsizlik məqsədilə iyunun 13-dən sözügedən reyslər fəaliyyətini dayandırmışdır.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR