Sabah isti hava olacaq

Sabah isti hava olacaq

CƏMİYYƏT

17.07.2025, 12:08

Bakıda və Abşeron yarımadasında iyulun 18-də hava şəraiti yağmursuz olacaq.

Mia.az xəbər verir ki, sabah mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-37° isti olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Arabir duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-26° isti, gündüz 36-41° isti, dağlarda gecə 11-16° isti, gündüz 27-32° isti olacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR