Mətbuat Şurası "Sputnik Azərbaycan"la bağlı açıqlama yaydı: "Faktlar kobud şəkildə təhrif edilib, bu da..."
12-07-2025 [12:05]
"Son illərdə Rusiya Federasiyası kütləvi informasiya vasitələrindən xarici siyasət təsir aləti kimi daha fəal istifadə edir. İnformasiya fəaliyyəti pərdəsi altında ictimai rəyin formalaşdırılmasına və suveren dövlətlərdə siyasi vəziyyətin destabilizasiyasına yönəlmiş geniş miqyaslı kampaniyalar həyata keçirilir".
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurası məlumat yayıb.
Məlumatda deyilir ki, bu cür hərəkətlər, başqa ölkələrin daxili işlərinə müdaxilə olaraq, yerli ictimai qurumların fəaliyyətini sarsıdır və hakimiyyətə olan etimad səviyyəsini azaldır:
"Bu təcrübə xüsusilə Rusiyanın “Sputnik” agentliyi və onun əməkdaşlarının fəaliyyətində aydın şəkildə özünü göstərir.
Rusiya Jurnalistlər İttifaqının "Sputnik Azərbaycan" agentliyinin əməkdaşlarının həbsi ilə bağlı beynəlxalq təşkilatlara, jurnalist və insan hüquqları assosiasiyalarına ünvanlanmış açıq məktubuna cavab olaraq, beynəlxalq ictimaiyyətə hadisələrin obyektiv mənzərəsini təqdim etməyi zəruri hesab edirik.
Hər şeydən əvvəl, məktubda faktlar kobud şəkildə təhrif edilib, bu da beynəlxalq ictimai rəyi manipulyasiya etmək cəhdinin aydın sübutudur. "Sputnik Azərbaycan"ın rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousovun saxlanılması, açıq məktubda iddia edilənlərin əksinə olaraq, onların jurnalistika sahəsində peşə vəzifələrini yerinə yetirmələri ilə heç bir əlaqəsi yoxdur. Xüsusilə vurğulamaq lazımdır ki, göstərilən şəxslər Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FSB) ilə əməkdaşlıq edirdilər və jurnalistika fəaliyyətinə aid olmayan tapşırıqları yerinə yetirmək məqsədi ilə Azərbaycanda olublar. Bu baxımdan, onların saxlanılması qüvvədə olan qanunvericiliyə tam uyğun olaraq və hüquqi çərçivədə həyata keçirilmiş qanuni tədbirdir.
Vəziyyəti daha yaxşı anlamaq üçün qeyd etmək istərdik ki, əvvəllər "Sputnik Azərbaycan"a bir neçə il Vitali Denisov - Rusiya xüsusi xidmət orqanlarının zabiti, Baş Kəşfiyyat İdarəsi ilə sıx əlaqəli olan şəxs rəhbərlik edib. Bundan əvvəl o, "Sputnik Cənubi Osetiya" agentliyinə, daha sonra isə "Sputnik Moldova"ya rəhbərlik edib. Bu vəzifələrdə olarkən o, göstərilən regionların media resurslarından Rusiya xüsusi xidmət orqanlarının maraqları naminə istifadə edərək, Kreml yönümlü gündəmi təşviq etmək məqsədi daşıyan informasiya-təbliğat kampaniyalarına rəhbərlik edib.
Təxribat fəaliyyətinə görə Denisovun Azərbaycan və Moldovadan çıxarılması onun jurnalistika fəaliyyəti pərdəsi altında çox vaxt cəmiyyəti məlumatlandırmaqdan uzaq olan tapşırıqların yerinə yetirildiyini təsdiqləyir — söhbət qəbul edən ölkələrin milli təhlükəsizliyinə təhdid yaradan koordinasiyalı təsir və müdaxilə cəhdlərindən gedir.
Xüsusi xidmət orqanlarının Sputnik kimi yalançı media strukturlarından alət kimi istifadə etməsi, suveren dövlətlərdə vəziyyəti destabilizasiya etməyə yönəlmiş daha geniş hibrid strategiyanın bir hissəsidir. Bu, Avropa Şurası, Avropa Parlamenti, EUvsDisinfo və EDMO kimi aparıcı təşkilatların beynəlxalq hesabatlarında da təsdiqlənir ki, burada Sputnik-in sadəcə xəbər agentliyi deyil, digər ölkələrin daxili siyasi proseslərinə müdaxilə etməyə yönəlmiş Rusiya dezinformasiya kampaniyasının əsas aləti olduğu qeyd edilir.
Bu baxımdan beynəlxalq ictimaiyyətin Sputnik-in fəaliyyətinə reaksiyası tamamilə qanunauyğundur: agentlik rəsmi olaraq 32 ölkədə, o cümlədən Avropa İttifaqının bütün 27 dövlətində, həmçinin Ukrayna, Böyük Britaniya, Kanada, İsveçrə və Avstraliyada qadağan edilib və ya bloklanıb".
Füzulidə DOST məntəqəsi fəaliyyətə başlayıb
ARB 24-ün fəaliyyətə başlamasının 7 ili tamam olur
Mikayıl Cabbarov federasiya prezidenti seçildi
Hakan Fidan Almaniyaya gedir
Xəzər TV: "2-ci faylın yayımlanması zamanı texniki problem yaranıb"
“Xəzər TV”də veriliş Almaxanıma görə yarımçıq saxlanılıb? - Müğənninin atası danışdı
Abşeronda silsilə oğuurluq edən şəxs tutulub
Papa Türkiyəyə gəlib - 70-dən çox jurnalistlə (FOTOLAR)
Azərbaycanla İordaniya arasında yeni sənədlər imzalanıb
Rayonlara yağış yağacaq - Sabahın hava proqnozu
Prezident Qaradağda - İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında + FOTOLAR
İstanbulda 175 kq-dan çox kokain "ələ keşirilib"
Kino Agentliyi deputat Hikmət Babaoğluna 4000 manat ödəyib
Bakıda küçədən iki nəfərin meyiti tapıldı
İsrail Qəzzanı bombalayıb
Ali Məhkəmədə hakimlərlə vəkillər arasında görüş olub - FOTO
CHP sədri Kamal Kılıçdaroğluna cavab verdi: "İmamoğlunun üzərinə heç vaxt beton tökməyəcəyik"
Astarada əməliyyat: 43 yaşlı şəxs 62 kq narkotiklə saxlanılıb
“TikTok”da əxlaqsız videolar yayan şəxs tutuldu
Böyükxanım Talıbova kimdir? - Mehriban Xanlarova yazır
Hikmət Hacıyev İran XİN müavini ilə görüşüb
ÇL: "Qalatasaray"ın rəqibi son dəqiqədə "yıxıldı"
İcra başçısı bu dəfə 1.4 milyon xərcləyəcək - Abadlıq adıyla...
Azərbaycan nefti 65 dollara qalxdı
Əziz Orucov azadlığa buraxıldı
Cəbrayıla daha 139 nəfər köçürülüb
Ağ Ev yaxınlığında atışma - Milli Qvardiya üzvləri güllələndi
Goranboyda beşmərətəbəli binanın bir bloku çöküb - FOTO (YENİLƏNİB)
Honq Konqda 4 mindən çox insanın yaşadığı kompleks alova büründü: 40-dan çox ölü var, yüzlərlə insan yoxa çıxıb - FOTOLAR
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Nəsimi Rayon İcra Hakimiyyətində payız-qış mövsümünə hazırlıqla bağlı iclas keçirilib - FOTO
Əkrəm İmamoğlunun xanımı MHP sədrinin açıqlamasına heyrətləndi: "Hələ də inana bilmirəm"
Sabah Bakının üç rayonunun bəzi ərazilərində qaz olmayacaq
"Onunla görüşməkdən şərəf duydum" - Ceyhun Bayramov
"Alov Qüllələri"nin ətrafında sürüşmə var - Səbəb araşdırılır
Bakıda avtomobili nömrəsiz idarə edən sürücü həbs edilib
Təranə Qumralın qızı 1.6 milyon qazanıb? - "Elə ay olur ki, çox qazanırıq, elə ay olur ki..."
"Mən bu haqda heç nə danışmaq istəmirəm” - Fəzail Ağamalı nəvəsi barədə suala cavab vermədi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı