Nadir şahdan bu günə: İran – Türkiyə – Səudiyyə Ərəbistanı üçbucağı
12-01-2026 [08:47]
Yaxın Şərqdə güc balansı dəyişir, ittifaqlar dağılır, yeniləri qurulur. Amma bir şey dəyişmir: məzhəb siyasəti hələ də geosiyasətin əsas silahıdır. İran, Türkiyə və Səudiyyə Ərəbistanı bu silahı fərqli cür istifadə etsələr də, eyni tarixi düyünün içindədirlər. Bu düyünü isə üç yüz il əvvəl bir türk hökümdarı – Nadir şah Əfşar açmağa cəhd etmişdi.
Nadir şah problemi hamıdan daha aydın görürdü: İran–Osmanlı qarşıdurmasının kökündə din yox idi. Kökdə məzhəbin dövlət ideologiyasına çevrilməsi dayanırdı. Ona görə də o, müharibəni qılıncla yox, strukturla bitirmək istədi.
Bu yanaşmanın təsadüfi olmadığını Nadir şahın Osmanlı sultanı I Mahmud-a ünvanladığı məktub açıq şəkildə göstərir. 1730-cu illərin ortalarında yazılmış həmin məktubda Nadir şah Osmanlıya açıq mesaj verirdi: İran–Osmanlı qarşıdurmasının kökündə din yox, məzhəbin siyasətə çevrilməsi dayanır.
Nadir şah Cəfəri məzhəbinin sünni İslamın beşinci hüquqi məktəbi kimi tanınmasını təklif edir və yazırdı ki, bu addım atılarsa, “müsəlman qanı daha məzhəb adı ilə axıdılmayacaq”. Bu, sadəcə dini çağırış deyildi. Bu, İran coğrafiyasını daimi müharibə məkanından çıxarmaq üçün hazırlanmış geosiyasi layihə idi.
Osmanlı bu təklifi qəbul etmədi. Çünki bu tanınma yalnız dini kompromis yox, İslam dünyasında siyasi nüfuzun paylaşılması demək idi. Beləliklə, Nadir şahın layihəsi kağız üzərində qaldı, məzhəb isə Yaxın Şərqin əsas silahlarından biri olaraq qalmağa davam etdi.
İran: məzhəbi gücə çevirmək
Bugünkü İran məhz bu yarımçıq qalan xəttin davamıdır. Teokratik sistem məzhəbi təkcə inanc yox, regional ekspansiya aləti kimi istifadə edir. Livan, İraq, Suriya, Yəmən — hər yerdə eyni mexanizm işləyir: məzhəb üzərindən legitimlik, legitimlik üzərindən təsir.
Bu model Nadir şahın qorxduğu ssenaridir: məzhəb siyasətə çevriləndə dövlət güclənmir, daxildən sərtləşir, xaricdə isə düşmən yaradır.
Səudiyyə Ərəbistanı: məzhəbi qorxu mexanizmi
Səudiyyə Ərəbistanı da məzhəbi dövlət dayağı kimi istifadə edir, amma fərqli formada. Burada məzhəb ekspansiya yox, status-kvonun qorunması üçündür. İran qorxusu Səudiyyə siyasətinin mərkəzində dayanır. Bu qorxu bir tərəfdən Tehranla qarşıdurma yaradır, digər tərəfdən isə Vaşinqton və regional tərəfdaşlarla ittifaqları möhkəmləndirir.
Son illərdə İranla münasibətlərin yumşaldılması isə prinsipial dönüş yox, taktiki fasilədir. Məzhəb hələ də oyundadır.
Türkiyə: Nadir şahın xəttinə ən yaxın model
Bu üçlükdə Türkiyə fərqli yerdə dayanır. Osmanlı dövründə sünni kimlik var idi, amma məzhəb heç vaxt total ideologiyaya çevrilmədi. Cümhuriyyət dövründə isə dövlət məzhəbi açıq şəkildə institusional çərçivəyə saldı.
Bu səbəbdən Türkiyə:
– İranla danışa bilir,
– Səudiyyə ilə əməkdaşlıq edə bilir,
– məzhəbi regional ekspansiyanın əsas alətinə çevirmir.
Bu, birbaşa Nadir şahın arzuladığı xəttə — məzhəbin neytrallaşdırılması ideyasına daha yaxındır.
Nəticə
Nadir şah uduzdu. Amma tarix göstərir ki, haqlı idi.
İran məzhəbi silaha çevirdi və regionu gərginliyə sürüklədi.
Səudiyyə məzhəblə özünü qorumağa çalışdı.
Türkiyə isə bütün ziddiyyətlərinə baxmayaraq, məzhəbi dövlətin yeganə dayağına çevirmədi.
Üç yüz il sonra Yaxın Şərq hələ də Nadir şahın verdiyi sualın içindədir:
Dövlət məzhəbi idarə etməlidir, yoxsa məzhəb dövləti?
Bu sual cavabsız qaldıqca, region nə sülh tapacaq, nə də sabitlik.
Elbəyi HƏSƏNLİ,
Sürix
MİA.AZ
Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb
TƏBİB-in yeni direktor əvəzi ilk əmrini verdi - Samir Namazov vəzifədən azad edildi
"Bu günə kimi "Azərsu" əməkdaşlarından bir nəfər belə zəng etməyib" - Rəis məhkəmədə ifadə verib
Mətbuat katibi yeni vəzifəyə gedir - Açıqlama
Güllələnən müəllimə xəstəxanadan evə buraxılıb
Bakının mərkəzi küçəsində yanğın başlayıb
42 məktəb direktor təyin olunub - SİYAHI
Saleh Məmmədovun dəbdəbəli villası üzə çıxdı - BİR HEKTARLIQ ƏRAZİDƏ ÜÇ MƏRTƏBƏLİ MALİKANƏ...
“Heydər Əliyev və Türk Dünyası” adlı tədbir keçirilib
Ruben Vardanyana Bakıda hökm oxundu - 20 il həbs
Ramazan ayı başlayır - TƏQVİM
Dövlət Agentliyində maaşlar gecikib
Azərbaycan Prezidenti Çin liderinə məktub ünvanlayıb - MƏTN
ADİL ƏLİYEVƏ TÖHMƏT VERİLDİ, RAFİQ QULİYEVƏ İSƏ... - İcra başçılarına yeni tapşırıqlar verildi
Türkiyədə daha 18 FETÖ üzvü saxlanılıb - 16-sı məmurdur
Subsidiya ödənişinin ilkin mərhələsinə start verilib
Azərbaycan neftinin qiyməti 70 dolları ötdü
"Vüqar Qurbanovla Zaur Əliyevin ABŞ səfəri və orada keçirdikləri görüşlər..." - Keçmiş mətbuat katibi elə iddialar irəli sürdü ki...
Məktəbdə şagirdlər zəhərlənib
Ağdam şəhərinə növbəti köç olub - 419 nəfər doğma torpağına qayıtdı
TƏBİB-in icraçı direktoru kim olacaq? - Əsas namizədlə bağl qərar dəyişib, Zaur Əliyev də yol üstədir
ABŞ prezidenti: "Məncə, BMT-ni də səfərbər edə biləcəyik"
Ərdoğan Efiopiyaya gedir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi
AAYDA-da YOXLAMA: KEÇMİŞ SƏDRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Bir neçə vəzifəli şəxs istintaq cəlb olunub
Mikayıl Cabbarov özünə daha bir müşavir götürdü
“Rahat”, “Grandmart”, “Bolmart”...- İşçilərn maaşı niyə verilmir?
Xətainin icra başçısına ağır itki üz verib
“Neftçi”-“Qarabağ” oyununun təxirə salınmasının səbəbkarı kimdi? - Cenk Sümerdən mia.az-a eksklüziv ilginc açıqlama (VİDEO)
Mehriban Əliyeva AGF prezidenti seçildi - Yığıncaq + FOTOLAR
Dini təşkilatlar hesabat verib
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
TƏBİB sədri vəzifəsindən azad edildi - Vüqar Qurbanov "Qərara hörmətlə yanaşıram" dedi (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı