Səudiyyə və BƏƏ qondarma erməni soyqırımını tanımağın bir addımlığından döndü - Əbu-Dabi Ermənistananla Azərbaycanı bir araya gətirir
SİYASƏT
09.07.2025, 17:21
7 əmirlikdən ibarət olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Ərəbistan yarımadasının şərq hissəsində- Fars və Oman körfəzləri sahilində yeləşir.
Üç dövlətlə-Səudiyyə Ərəbistanı, Qətər və Omanla həmsərhəddir. Ölkə ərazisinin 93 faizi Əbu-Dabi və Dubay əmirliklərinin payına düşür. Federativ dövlət kimi tanınır. Mütləq monarxiyadır.
Əbu-Dabinin hakimi şeyx Məhəmməd bin Zayed Al Nəhyan 2022-ci ildən ölkənin prezidentidir. Əbu-Dabi ən böyük əmirlik olduğuna görə bu, belədir. Böyüklüyünə görə ikinci olan Dubayın əmiri şeyx Məhəmməd ibn Rəşid əl-Məktum isə vitse-prezident və baş nazirdir. BƏƏ-də 11 milyon nəfər yaşayır. Onların 89 faizə yaxını əcnəbidir. Ümumi daxili məhsulun həcmi isə 2024-cü ildə 849.8 milyard olub. Bu baxımdan BƏƏ dünyada 34-cü yerdədir. Adam başına düşən milli gəlir isə 77.251 dollardır, yəni dünyada 14-cü yerdə qərar tutur. BƏƏ dünyanın ən varlı ölkələrindən biri kimi tanınır.
BƏƏ ilə Azərbaycanın strateji müttəfiqlik səviyyəsində münasibətləri var. Məsələn, BƏƏ prezidenti Məhəmməd bin Zayed Al Nəhyan 2024-cü ildə Azərbaycanada keçirilən COP29 tədbirində yaxından iştirak edib. İlham Əliyevlə görüşü zamanı o, Azərbaycan ilə BƏƏ arasında dostluq və qardaşlıq münasibətlərindən söhbət açıb. Bu ilin yanvarında prezident İlham Əliyev Əbu-Dabidə işgüzar səfərdə olmuşdu.
Bəs Ermənistanla BƏƏ-nin münasibətləri necədir?
1998-ci ildən etibarən bu iki ölkə arasında rəsmi münasibətlər yaranıb. Ermənistan 2000-ci ildə Əbu-Dabidə səfirlik, 2017-ci ildə Dubayda konsulluq açıb. 2015-ci ildə İrəvanda BƏƏ-nin səfirliyi fəaliyyət göstərir. Ermənistan-BƏƏ Hökumətlərarası Birgə Komissiyanın ilk iclasını 2015-ci ildə İrəvanda keçirib. BƏƏ prezidenti Məhəmməd bin Zayed Al Nəhyan 21 sentyabr 2020-ci il tarixində Ermənistanı Sovet İttifaqından müstəqillik əldə etməsi münasibətilə təbrik edib, vitse-prezident Şeyx Məhəmməd bin Rəşid Əl Məktum və BƏƏ Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zaya Ermənistana təbrik teleqramları göndərib.
Ən maraqlısı odur ki, son illərdə Türkiyənin güclənməsi BBƏ-də narahatlıq doğurub. Və bu narahatlığın təzahürü olaraq BƏƏ Türkiyəyə düşmən münasibətdə olan Ermənistanla münasibətlərini yeni-daha yüksək səviyyəyə qaldırıb. Birləşmiş Ərəb Əmirlikləri Türkiyənin ambisiyalarına düşmən münasibət bəsləyir. Suriya, Sudan və Liviyada Türkiyə ilə BƏƏ-nin maraqları toqquşur. Belə bir fonda Ermənistanın Türkiyə ilə münasibətlərini daha da pisləşdirmək üçün BƏƏ qondarma erməni soyqırımını tanımaq istiqamətində müəyyən addımlar atıb. Heç də təsadüfi deyil ki, 2019-cu ilin aprelində Əbu-Dabi Əmirliyi qondarma erməni soyqırımı tanıyan ilk əmirlik oldu.
Aydındır ki, BƏƏ ən yaxın müttəfiqi olan Səudiyyə Ərəbistanının göstərişi ilə bu kimi addəmlar atıb. Tarixən Səudiyyə Ərəbistanı erməni soyqırımına görə Türkiyəni dəstəkləyib və dünyada Ermənistanın müstəqilliyini tanımayan nadir ölkələrdən biri olub. Səudiyyə Ərəbistanı da Dağlıq Qarabağ münaqişəsində Türkiyənin əsas müttəfiqi olan Azərbaycanın tərəfində dayanıb. Bununla belə, Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında artan gərginlik Səudiyyə Ərəbistanının yavaş-yavaş erməni soyqırımına diqqət yetirməsisinə səbəb olub. Nəticədə hökumət tərəfindən idarə olunan yerli mediada erməni soyqırımından bəhs edən materiallar artmağa başlayıb.
2019-cu ilin aprelində Səudiyyə Ərəbistanı da Amerika Konqresinin erməni soyqırımını tanımaq üçün qəbul etdiyi qətnaməni dəstəklədi. Səudiyyə Ərəbistanının Livandakı səfiri də Səudiyyə Ərəbistanının Ermənistanla həmrəyliyini nümayiş etdirmək üçün Erməni Soyqırımı Memorialını ziyarət etdi. 2020-ci ildə Dağlıq Qarabağ münaqişəsi zamanı Türkiyə prezidenti Ərdoğan Səudiyyə Ərəbistanını Qafqaz və Yaxın Şərqdəki gərginliyə görə günahlandırdıqdan sonra Səudiyyə Ərəbistanı türk mallarını boykot etdi.
Digər tərəfdən, Səudiyyə Ərəbistanının da Azərbaycanla münasibətlərdə təsir rıçaqlarına ehtiyacı var, çünki Səudiyyə Ərəbistanı Azərbaycanı Ermənistanın müttəfiqi, eyni zamanda Türkiyə və Səudiyyə Ərəbistanının rəqibi olan İranı sabitliyi pozmaq üçün potensial yer kimi görürdü. Buna görə də Səudiyyə Ərəbistanının Türkiyəyə qarşı müqaviməti artsa da, Azərbaycana qarşı ehtiyatlı davranmağa üstünlük verdi.
2020-ci ildə Azərbaycanla Dağlıq Qarabağ müharibəsi zamanı Ermənistan prezidenti Armen Sarkisyan BƏƏ və Səudiyyə Ərəbistanının müştərək TV kanalı olan “Əl Ərəbiyyə”də çıxış edərək beynəlxalq ictimaiyyəti Türkiyənin münaqişəyə müdaxiləsini dayandırmağa çağırdı. Müharibə başa çatdıqdan qısa müddət sonra Sarkisyan BƏƏ-yə işgüzar səfər etdi və o vaxt Əbu-Dabinin vəliəhd şahzadəsi olan Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşüdü.
Gördüyünüz kimi, varlı Körfəz Ölkələri ilə Türkiyənin münasibətləri gərginləşən kimi qondarma erməni soyqırımı məsələsi həmin aktuallıq kəsb edir. Bu məsələdən nəyinki xristian ölkələri, eləcə də müsəlman ölkələri Türkiyəyə, dolayısı ilə həm də Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə ediblər. Xatırladım ki, Livan, Liviya və Suriya qondarma erməni soyqırımı rəsmən tanıyan müsəlman ölkələridir.
Ancaq 44 günlük müharibədən sonra Cənubi Qafqazda köklü geosiyasi dəyişikliklər baş verdi. Səudiyyə Ərəbistanı, BƏƏ və digər Körfəz Ölkələrində baş qaldıran anti-Türkiyə ovqatı ciddi şəkildə ortadan qalxdı. Daha qondarma erməni soyqırımı Yaxın Şərqdə heç bir dövlətin yadına düşmür. Əksinə, Yaxın Şərq ölkələri xüsusən hərbi sahədə böyük uğurlar əldə edən Türkiyə ilə müttəfiq olmağa çalışırlar. Azərbaycanın da əksər Yaxın Şərq ölkələri ilə, o cümlədən BƏƏ və Səudiyyə Ərəbistanı ilə əla münasibətləri var.
Təsəvvür edirsizmi, bir vaxtlar Ermənistana qucaq açan BBƏ indi ən yüksək səviyyədə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasında ev sahibi kimi rol almaqda maraqlı görünür...
Biz bilməliyik ki, erməni kartından Türkiyə və Azərbaycana qarşı son 100 ildə bir çox dövlət istifadə edib. Məsələn, son illərdə Hindistan bu baxımdan xeyli irəli gedib. Hindistan ən yüksək səviyyədə qondarma erməni soyqırımını tanımaq barədə fikirlər səsləndirib. Səbəb bəllidir?
Türkiyə və Azərbaycan Hindistan-Pakistan qarşıdurmasında rəsmi İslamabadın yanında yer alır.
Bəllidir ki, Nikol Paşinyan hökuməti qondarma erməni soyqırımı məsələsini Ermənistanın xarici siyasətinin əsas prioritetləri sırasından rəsmi qaydada çıxarıb. Heç şübhəsiz ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalandıqdan sonra xristian dünyasının türklərə qarşı uydurduğu bu süni məsələ aktuallığını birdəfəlik itirəcək.
ABŞ dövlət katibi Marko Rubionun son açıqlaması da göstərir ki, ABŞ Ermənistala Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağına əminlik nümayiş etdirir. Heç şübhəsiz ki, bu əminlik üçün ciddi əsaslar var. Əbu-Dabidə sabah baş tutacaq görüş hər iki tərəfi ən azı sülhə daha bir addım yaxınlaşdıracaq. Kommunikasiya xətlərinin açılmasının bir addımlığındayıq. Ermənistan daha Turan dəhlizindən qorxmur. Əksinə, Zəngəzur dəhlizini öz suverenliyi üçün təminat kimi dəyərləndirir.
Elbəyi Həsənli. Sürix
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Əhməd İsmayılov Türkiyə Prezidenti Administrasiyasının rəsmisiylə müzakirə aparıb - FOTOLAR
Bugün, 21:53 PRESS
-
Ərdoğan partiya sədrini qəbul etdi
Bugün, 21:40 DÜNYA
-
İlham Əliyev 500 min dollarlıq mükafatını bu Fonda köçürdü - Prezidentin Mətbuat xidməti məlumat yaydı
Bugün, 19:42 GÜNDƏM
-
Sergen Yalçından Arda Gülərə xəbərdarlıq: "Amandır, ona baş qoşma, səni də yandıra bilər"
Bugün, 19:03 İDMAN
-
Bakıda azyaşlının ölümü... - Prokurorluq araşdırma aparır
Bugün, 18:54 KRİMİNAL
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul etdi, yeni sənədlər imzalandı - FOTOLAR
Bugün, 18:14 GÜNDƏM
-
Bakıda söküntü ərazisindən meyit tapılıb
Bugün, 18:04 CƏMİYYƏT
-
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker barədə məhkəmə qərar verdi - Həbs edildi
Bugün, 17:56 PRESS
-
"TikTok"da ödəniş sistemlərini təqlid edən altı sayt və onları yayan hesablar aşkarlanıb
Bugün, 17:50 İQTİSADİYYAT
-
Bir vaxtlar onu milyonlar izləyirdi, indisə pomidor əkir, qarpız yetişdirir
Bugün, 17:37 İDMAN
-
MƏMURLARIN DİQQƏTİNƏ: Sabahdan Bakı və ətrafında iş rejimi dəyişir - DETALLAR
Bugün, 17:31 GÜNDƏM
-
Əli Əsədov elektron ticarətlə bağlı yeni qərar imzalayıb
Bugün, 17:20 İQTİSADİYYAT
-
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərildi - DETALLAR (YENİLƏNİB)
Bugün, 17:12 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
AZAL-da daha bir əcnəbi təyinatı oldu: o, kimdir və yerli mütəxəssisləri nə gözləyir? (FOTO)
Bugün, 16:26 CƏMİYYƏT
-
"Kurtlar Vadisi" serialının ssenaristləri prokurorluğa belə gəldi - MİT zabitinin şübhəli ölüm işi böyüyür (Yenilənib)
Bugün, 16:26 SİYASƏT
-
AZƏRBAYCANDA BU MƏKTƏBLƏR BAĞLANACAQ - Nazir anons verdi
Bugün, 15:58 GÜNDƏM
-
"Səbail" klubunun keçmiş icraçı direktoru mətbuat katibi təyin olunub
Bugün, 15:47 PRESS
-
Əhdiman və dostu qalmaqallı videoya görə saxlanıldı (Yenilənib)
Bugün, 15:43 PRESS
-
Emin Əmrullayev: "Müəllimlərin geyimi ilə bağlı yeni qaydalar yaxın günlərdə açıqlanacaq"
Bugün, 15:34 CƏMİYYƏT
-
BAKIDA DAHA BİR DƏBDƏBƏLİ TOY: SOCAR-da işləyən qızın toyuna türkiyəli müğənnilər də gəlib + VİDEO, FOTOLAR
Bugün, 15:25 MƏDƏNİYYƏT
-
"Trabzonspor" sağı göstərib, solu vurdu - Şenol Günəşlə deyil, italiyalı məşqçi ilə masaya oturdular
Bugün, 15:17 İDMAN
-
Böyük Britaniya parçalanmaya doğru: Şotlandiya, Uels və Şimali İrlandiya liderləri tarixi razılaşmaya imza atdı - FOTOLAR
Bugün, 15:08 GÜNDƏM
-
"Fənərbağça"nın sabiq baş məşqçisi Kartalı "sökdü": "Görəcəksən, Əziz Yıldırım səni zövqlə qovacaq"
Bugün, 14:55 İDMAN
-
Anar və Firəngiz Əlizadədən Şəfiqə Məmmədovaya dəstək: “Bu vəzifəyə layiqdir”
Bugün, 14:40 MƏDƏNİYYƏT
-
“13 il sonra onu dəmir barmaqlıqlarda gördüm” - Şilderin anası + VİDEO
Bugün, 14:19 CƏMİYYƏT
-
"Bəy Mamed” yaşayış kompleksinin həyətində özünə villa tikdirir” - FOTOLAR
Bugün, 14:12 CƏMİYYƏT
-
Hakan Fidan Azərbaycana gəlir
Bugün, 13:59 GÜNDƏM
-
13 il əvvəl qətlə yetirilən Qərb universitetinn tələbəsi... - Məhkəmə başladı
Bugün, 13:48 KRİMİNAL
-
BU BANKLARDAN ŞİKAYƏTLƏR ARTIB - Siyahı
Bugün, 13:08 İQTİSADİYYAT
-
SOCAR-ın istiqrazlarını satan şirkət: milyonlarla manat borc niyə yarandı?
Bugün, 13:08 İQTİSADİYYAT
-
Kriminal şəxslə evlənən bloger məhkəməyə belə aparıldı: qolu arxadan qandallı, başı önə əyili... - FOTOLAR
Bugün, 12:57 PRESS
-
Sahil Babayev özünə daha bir müşavir götürdü
Bugün, 12:29 İQTİSADİYYAT
-
İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı verildi - FOTOLAR
Bugün, 12:19 GÜNDƏM