Media Reyestrində olmayan media subyektləri - Onları cərimələr gözləyir

img

02-07-2025 [10:27]


Media Reyestrindən keçəmdən fəaliyyət göstərən media subyektləri cərimələnəcək.

Bu, Milli Məclisin İnsan Hüquqları komitəsinin dünən keçiriiən iclasında müzakirə edilmiş İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni -381.15-ci maddəsində əksini tapıb.

Layihəyə əsasən, Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektinin çap mediası məhsulunun, həmin subyekt, nəştriyyat (naşir) və ya yayıcı tərəfindən nəşri və ya yayımınma görə fiziki şəxslər 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləığdə, hüquqi şəxslər 3000 manatdan 5000 manatadək məbləğədək cərimə ediləcək.

Bu Məcəllənin yuxarıdakı maddəsində yayıcı dedikdə nəşriyyatla və ya (naşirlə) müqavilə bağlamaqla yaxud digər qanuni əsaslarla nəşriyyat məhsullarının yayılmasını və satışını həyata keçirilən fiziki və hüquqi şəxs başa düşülür.


Digər xəbərlər
SON XƏBƏRLƏR