İran: "Nüvə sənayesini bombalamaqla məhv etmək olmaz" - "Güclü deyilsinizsə, sağ qala bilməzsiniz"

img

02-07-2025 [21:27]


"İranın nüvə sənayesini bombardmanla məhv etmək mümkün deyil".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami dövlət televiziyasına  müsahibəsində deyib.

O bildirib ki, İranın nüvə sənayesi milli sənayedir: "Onun tərəqqisi qətiyyətlə və fasiləsiz olaraq davam edəcək. Güclü deyilsinizsə, sağ qala bilməzsiniz".

Təşkilat sədri ABŞ-ın İranın nüvə obyektlərinə thücumunu isə "barbarlıq" sayıb: "Bu, cəngəllik qanununun dünyada işlədiyini göstərir. Güclü deyilsinizsə, sağ qala bilməzsiniz".

Xatırladaq ki, İran parlamenti tərəfindən qəbul edilən “Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (BAEA) ilə əməkdaşlığı dayandıran qanun layihisi prezident Məsud Pezeşkianın imzası ilə bu gündən qüvvəyə minib.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA